Quran bizdən kimlər arasında fərq qoymağımızı istəyir?
Mьəllif: admin1
Tarix: 16-02-2018, 10:13
Quran bizdən kimlər arasında fərq qoymağımızı istəyir?
Qurani Kərimin insanlara bir neçə müraciət forması vardır. Bunlardan biri də “Ey insanlar” ifadəsidir. Bu da Quranın ümumbəşəri olmasına bir dəlildir. Allahın rəhməti də, qəzəbi də, hər növ tələbi də bütün hər kəsə aiddir.

Allah Təalanın ümumi tələblərindən biri də hər kəsə, etiqadından dinindən asalı olmayaraq hər bəndəyə, hər məxluqa qarşı mərhəmətli olmaqdır.

Ustad Möhsin Qiraəti bu mətləbə işarə edərək Quranın “Zuha” surəsinin 10-cu ayəsini misal gətirir və belə izah verir:

“Quranda belə bir ayə var “Dilənçini acıqla qovma!” (Zuha-10). Quran bizə müsəlman dilənçini, mömin dilənçini qovma demir! (ümumi dilənçi, möhtac deyir!)

Rəvayətdə deyilir ki, Həzrət İbrahım yalnız mömin üçün dua edir. Nə üçün bu cür dua edirsən deyə Allahdan vəhy gəlir. Bunun misalı Quranda belədir:

“Yadına sal ki, İbrahim “Ey Rəbbim, buranı bəladan asudə (uzaq) bir şəhər et, əhalisinin Allaha və axirət gününə inananlarına cürbəcür meyvələrdən ruzi ver!”- deyə dua etdikdə, O (Allah) : “Kafir olanlara da bir qədər (ömürləri boyu) ruzi verərəm, lakin sonra da cəhənnəm əzabına düçar edərəm. Amma ora (Cəhənnəm) nə fəna bir yerdir!”– deyə buyurdu.” (Bəqərə-126)

Ayənin əvvəlində Həzrəti İbrahim (ə) “Ey Rəbbim, buranı bəladan asudə (uzaq) bir şəhər et, əhalisinin Allaha və axirət gününə inananlarına cürbəcür meyvələrdən ruzi ver!” deyə iman əhli üçün dua edir.

Cavabında isə Rəbbimiz :

“Kafir olanlara da bir qədər (ömürləri boyu) ruzi verərəm”– deyə buyurdu.”

Möhtaca, sailə yardım etmək İslam dini ilə və ya İslam ölkəsində olanlarla məhdudlaşmır. Dini olan, dini olmayan, ağ-qara irqində fərq qoymadan, kiçik-böyük demədən, insan-heyvan fərq qoymadan, kafir-mömin ayrım etmədən gərək hər möhtaca, əl açana əl tutulsun. Bu cür yardım mütləq şəkildə olmalıdır (Hər kəs Allahın yaratdığı məxluqdur).”

- Hər kəs Allahın məxluqudur. Hər kəs rəhmətə, diqqətə, sevgiyə, mərhəmətə ehtiyaclıdır. İnsanın özünü əl açan möhtacın yerində təsəvvür etməsi deyilənləri anlamaq üçün kifayətdir:

“أَلَا تُحِبُّونَ أَنْ يَغْفِرَ اللَّهُ لَكُمْ ۗ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ”

Məgər siz Allahın sizi bağışlamağını istəməzsiniz? Allah bağışlayandır, rəhm edəndir! (Nur-22).
(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930