Vasvasılığın insan üçün yaratdığı ziyanlar
İnsanı Allahdan uzaqlaşdıran və imanını zəiflədən ən mənfi amillərdən biri də vəsvəsə xəstəliyinə düçar olmaqdır. Bu xəstəlik ardınca böyük ziyanlar gətirər ki, onlarla tanış olaq:
1. Vasvası insan elə bilir ki, ancaq onun etdiyi əməllər doğrudur, başqalarının əməlləri yanlışdır. Nəticədə isə İlahi vacibatları inkar etmiş olur. 2. Vasvası insan hətta Məsum İmamların (ə) da əməllərinə şübhə ilə yanaşar. Bu da onun nəticədə dindən xaric olmasına səbəb olar. 3. Vasvası insan adətən başqalarına sui-zənlə yanaşar. Hətta bəzən din alimlərinə belə vəsvəsə edər. Nəticədə də günah əhlindən olar. 4. Vasvası insan üçün heç bir əməldə əzm və niyyət hasil olmaz. Çünki ibadəti və ya hər hansı əməli təkrar etmək əzm və niyyətin düzgün olmamasına gətirib çıxardar. 5. Bəzən namazda bir şeyi o qədər təkrar edər ki, namazın sözlərinin artmasına gətirib çıxardar. Namazın həqiqi simasını aradan aparar. 6. Çox hallarda isə vasvası insanın etdiyi hərəkət ibadəti bir-birinə vurar. 7. Çox zaman vasvası insan günah etməyə cürət əldə edər. Çünki vacibatı öz zamanında təxirə salmış olar. Bu səbəbdən ki, müqəddiməyə hazırlaşmaq uzun çəkər. 8. Vəsvəsə vasvası insanı israfa vadar edər. 9. Bəzən vasvası insan öz bədənini xəstə edər. Çünki bədəni suda və ya havada çox qalar. 10. Vasvası insan şeytanın sözünə qulaq asar, ya da şeytanın işində şərik olar. 11. Vasvası insan vəsvəsəsinə görə ubudiyyətdəki ixlasından məhrum olar. Əgər insan bu ziyanlara nəzər salıb onlar haqqında təfəkkür edərsə, mütləq müalicə olmasına müsbət təsirlər göstərə biləcəkdir. /Deyerler.org/ Oxşar xəbərlər
|