AİLƏDƏ MƏİŞƏTİN, RİFAHIN YÜKSƏLDİLMƏSİ
![]() İmam Sadiq (ə) buyurur: “Ailəsinin rahatlığı və rifahını təmin etmək yolunda səy edən bir şəxs Allah yolunda din düşmənləri ilə cihad edən şəxs kimidir.” Rəsuli-Əkrəm (s) buyurur: “Hər kəs halal yolla özünün və ailəsinin ruzisini təmin etmək üçün çalışsa, onun savabı Allah yolunda cihad edən şəxslərin savabı kimidir.” Bu hədislərin hamısı göstərir ki, kişilərin öz ailələrinin səadətli, xoşbəxt yaşayışını təmin etmək, həyat rifahının yüksəldilməsi yolundakı göstərdiyi səy və fəaliyyətlər Allahın ən çox əhəmiyyət verdiyi məsələlərdəndir və Allah onun üçün ən yüksək mükafatı nəzərdə tutmuşdur. Bunun özü də ailənin malik olduğu dəyəri çatdırır. Peyğəmbər (s) və onun ardıcıllarının tutduqları yol ailə üzvlərinə yaxşılıq və ehsan əsasında olmuşdur. Əlbəttə, imkansızlıq surətində övlada və həyat yoldaşına vacibdir ki, ailə başçısının imkanlarını nəzərə alsınlar onun şəxsiyyətini təhqir etməsinlər. (İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI) Hacı Rasim Məmmədov Ahlibeyt.ge Oxşar xəbərlər
|