Bütləri niyə taxtadan düzəldərdilər?
Mьəllif: admin1
Tarix: 29-03-2018, 22:09
Bütləri niyə taxtadan düzəldərdilər?
Keçmişdə dünyanın çox yerində belə zənn edərdilər ki, Tanrı ağacların içində yaşayır. Ona görə də bütləri taxtadan düzəldər və evlərində saxlayardılar.

Nə zaman bir çətinliklə qarşılaşsa idilər, o zaman bu taxta bütə vurardılar, ki, tapındıqları bu bütü yuxudan ayıltsınlar və istəklərini desinlər.

Bu adət əslində indiyə qədər də qalmaqdadır. Bəzi insanlar bəladan və ya göz dəyməkdən uzaq qalmaq üçün əllərini taxtaya vurarlar ki, onlardan uzaq qalsınlar. Bu əməlin səbəbi isə məhz keçmiş cahil adətlərə qayıdır.

Təsadüfi deyil ki, mübarək İslam dini insanları cahil və mövhumatçı, xurafatlarda qərq olan bir durumdan çıxararkən, məhz bütləri aradan aparmağı vasitə kimi seçmişdir.

İmam Əli (ə) buyurub: «Mən Allahın Peyğəmbərinin mehriban yoldaş və yardımçısıyam. Mənəm İslamda öncül, bütləri sındıran, kafirlərlə vuruşan və din düşmənlərini məhv edən!».



/Deyerler.org/
Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31