Cahil və alimin ayrılmaz xüsusiyyətləri
Mьəllif: admin1
Tarix: 8-06-2021, 10:29
Cahil və alimin ayrılmaz xüsusiyyətləri
Elm və cəhl, islamda ən çox müzakirə edilən məsələdir. Elmlə təşviq intensiv şəkildə gəlibsə cahillikdən çəkindirmək də dəfələrlə təkrarlanıb. İnsanda bu iki xüsusiyyətdən biri olması qaçılmazdır.

İslam dinində ən birinci nazil olan surə oxu əmri ilə başlayır. Ən məşhur hədisdə "elmi beşikdən qəbr evinə kimi əldə edin" və yaxud "elm Çində olsa belə onu əldə edin" deyilir.

Digər tərəfdən cahil və cahilliyi məzəmmət edən yüzlərlə hədis nəql edilir və ayələr nazil olunur. Məşhur hədis kitabları belə birinci fəsillərini elm və elm öyrənməklə başlayırlar.

Buna görədir ki 70 il intensiv təbliğata baxmayaraq, köhnə SSR-i dövründə islama elmsizlik damğası vurmaq cəhdi nəticəsiz qalıbdır.

Hədislərə görə, insanın elmi inkişaf etdikdə ağlı və məntiqi kamilləşər və daha sonra onun qəlbinə hikmət nazil olar.

İmam Əli buyurub: Əql kamilləşdikdə insanın danışığı azalar.

Hədislərə görə, həlimlik və sükut etmək ki, əsasən hikmətdən doğur, alim insanın ayrılmaz hissəsidir.

Cahil insan isə elmsizliyi, təcrübəsizliyi və məlumatsızlığı sayəsində hey car çəkib qəzəb üfürər.

Buna görədir ki İmam Əli buyurub:

“Cahili ya ifrat halında ya da təfrit (səhlənkarlıq) halında görərsən”

Sədi Şirazi şerlərinin birində yazır:

“Cahil, qazinin (döyüşçünün) qavalı kimidir. Onun içi boşdur. (Amma vuranda gumbuldayır)

Nəticə etibarilə demək olar ki, həlimlik alimin, ifratçılıq isə cahilin ayrılmaz xüsusiyyətidir.



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930