Çoxallahlıq hansı dəlillərlə inkar olunur?
Mьəllif: admin1
Tarix: 29-03-2018, 22:33
Çoxallahlıq hansı dəlillərlə inkar olunur?

İslam çoxallahlığın bariz nümunəsi olan bütpərəstlik mühitində zühur etdi. İnsanlarınzaman-zaman etiqad etdiyi bütləri qırıb Allahın birliyinə inam yaratmaq, yalnız əsaslı dəlillər vasitəsi ilə mümkün idi. İslam məntiq və dəlillərləbu inamı yarada bildi.

Qurani-kərimdə buyurulur: «Əgər yerdə və göydə Allahdan başqa tanrılar olsaydı, onların ikisi də pozulardı»[1].

Dünyanın obyektiv nizamlı quruluşu, Allahın birliyinə ən yetərli dəlillərdəndir.

Müşriklərbu dəlil qarşısında«tanrılar bir-birinə zidd olmasa, dünyanın nizamı pozulmaz», dedilər.

İslam onlara belə cavab verdi: fərq və ziddiyyətidoğuran çoxluqdur. Fərdlərinoxşarlığı eyniyyət deyil və oxşarlıq ziddiyyəti azaltsa da, tam aradan qaldıra bilməz.

Bir kafir imam Sadiqdən (ə) soruşdu: «Allah necədir?».

İmam (ə) buyurdu: «Bir halda ki, yaranış nizamlıdır, ulduzlar səmada öz yolu ilə gedir, bu həmahənglikyaradanın birliyinə dəlildir»[2].

Qurani-kərim tərslik edib kainatın nizamını Allahın birliyinə dəlil qəbul etməyənlərə «dəlilinizi gətirin»[3] deyir.

Əhli-beyt (ə) hədislərində məntiqə əsaslananbelə bir cavabla da rastlaşırıq: «Allahdan başqa tanrı olsaydı, o da öz peyğəmbərlərini göndərərdi. Hansı ki, bütün peyğəmbərlər bir Allah tərəfindən göndərildiklərini bildirmişlər».

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031