Sənin vasitənlə hidayət olan bütün insanların əməllərindən sənə savab payı çatır
Mьəllif: admin1
Tarix: 29-03-2018, 10:07
Sənin vasitənlə hidayət olan bütün insanların əməllərindən sənə savab payı çatır
Müqəddəs İslam dininin ən mühüm mövzularından biri – yaxşılıqlara dəvət və pisliklərdən çəkindirməkdir.

Həzrət Peyğəmbər (s) buyurur: “Əgər Allah sənin vasitənlə bir nəfəri hidayət edərsə, sənin üçün dünyadan və onda olan hər şeydən daha yaxşıdır”.

Digər yerdə Allahın Peyğəmbəri (s) buyurur: «Agah olun, mən bu sözü təkrar edirəm: «Bilin! Namaz qılın, zəkat verin, əmr-be-məruf (yaxşı işlərə dəvət edin) və nəhy-əz-münkər edin (pis işlərdən çəkindirin). Bilin ki, əmr-be-məruf və nəhy-əz-münkərin əsası – onun mənim sözümlə nəticələnməsidir. Onu burada olmayana çatdırın, həmin şəxsə onu qəbul etməsini əmr edin və ona qarşı çıxmaqdan çəkindirin. Çünki o, Allah tərəfindən olan bir göstərişdir».

Mübarək dinə doğru dəvətə stimullaşdıran digər buyuruşda Rəsuli-Əkrəmdən (s) nəql edirlər: «Allahı camaata sevdirin ki, Allah da sizi sevsin».

Peyğəmbəri-Əkrəmdən (s) nəql edilən digər hədisdən bəlli olur ki, hətta bircə insanı dinə gətirməyin də misilsiz savabı vardır: «Kimin əli ilə bir nəfər İslamı qəbul etsə, cənnət ona vacib olacaqdır».

Eyni zamanda, bir kəsin vasitəsilə hidayət olan insanların bütün yaxşı əməllərindən, həmin bu insana savab payı çatacaqdır.

Allahın Peyğəmbəri (s) buyurub: «Doğru yola dəvət edən hər bir kəsə, ona tabe olanların mükafatlarından bir şey azaldılmadan, onların mükafatlarının misli veriləcəkdir».

Yaxşılığa dəvət edənlər – müsəlmanların içində ən yaxşıları kimi tanıdılır. Allahın Peyğəmbəri (s) buyurub: «Ümmətimin ən yaxşısı – bəndələri Allah Təalaya tərəf dəvət edən və onları Onunla dostlaşdırandır».




/Deyerler.org/
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031