Həzrət Nuhun (ə) zamanında hansı səma kitabı olmuşdu?
Mьəllif: admin1
Tarix: 19-01-2022, 10:53
Həzrət Nuhun (ə) zamanında hansı səma kitabı olmuşdu?
Həzrət Nuh (ə) – Ulul-əzm peyğəmbərlərinin birincisidir. Bildiyimiz kimi Ulul-əzm peyğəmbərləri bunlardırlar: Nuh (ə), İbrahim (ə), Musa (ə), İsa (ə), İslam Peyğəmbəri (s).

Ulul-əzm peyğəmbərlərinin xüsusiyyəti belə idi ki, öz dövrlərində yeni şəriət gətirərdilər. Həzrət Nuhun (ə) gətirdiyi şəriət barəsində Quranda oxuyuruq: “(Allah) sizin üçün (siz bəşər cəmiyyəti üçün səma) din(in)dən (ilk şəriət sahibi olan peyğəmbər) Nuha tövsiyə etdiyini, (son şəriət sahibi olan) sənə vəhy etdiyimizi və (aradakı şəriət sahibləri) İbrahim, Musa və İsaya tövsiyə etdiyimizi qanun etdi.

(Bu qanundan məqsəd odur ki,) bu dini (hamılıqla və birliklə) bərqərar edəsiniz və onda parçalanmayasınız. Sənin müşrikləri tərəfinə dəvət etdiyin şey (Allah, Rəbb və dinin bir olması) onlara çətin və ağır gəlir. Allah istədiyi (və layiq bildiyi) kəsi Özünə (və bu dinə) tərəf cəlb edir və (tövhid dinini qəbul etməklə) Ona tərəf qayıdan kəsi Özünə doğru yönəldir”. (“Şura” 13).

Quran ayələrindən belə qənaətə gəlmək olur ki, Həzrət Nuhun (ə) gətirdiyi din insanları tövhidə dəvət edir və Allah qarşısında təslim olmağı buyururdu.

Əmr-be-məruf, nəhy-əz-munkər edir, ədaləti, doğruluğu, əhdə vəfalı olmağı, şirkdən uzaq olmağı, fəhşadan çəkinməyi təbliğ edirdi.

Həzrət Nuhun (ə) səma kitabı olmuşdur. Bu kitabın xüsusi adı olmamışdır, sadəcə” Nuhun kitabı” adı ilə məşhur olmuşdur.

Qurani-Kərim buyurur: “(Şəriət sahibi olan peyğəmbərlərin göndərilmələrindən qabaq) bütün insanlar tək bir dəstə idilər (səmavi şəriətsiz öz ağıllarının tələbi əsasında yaşayırdılar. Amma yavaş-yavaş özlərinin dünya işlərində ixtilafa düçar oldular).

Beləliklə Allah peyğəmbərləri (səmavi din və şəriətlə) müjdə verən və qorxudan olaraq göndərdi və onlarla birlikdə insanların arasında onların bir-birləri ilə ixtilafa düçar olduqları şey barəsində hökm çıxarmaq üçün haqq olaraq (və uca, ali və əqlani bir hədəf üçün səmavi) kitab nazil etdi.

(Sonra kitabın özü barəsində ixtilaf yarandı, bir dəstə kitabın özünü və ya onda olan təlimlərin bəzilərini qəbul etmədi). Onda ixtilafı yalnız kitab verilmiş kəslər, özü də onlara (bu barədə) aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq və təkəbbür ucbatından yaratdılar.

Beləliklə, Allah iman gətirənləri Öz köməyi ilə barəsində ixtilafa düşdükləri haqqa doğru istiqamətləndirdi. Allah istədiyi şəxsi doğru yola hidayət edir”. (“Bəqərə” 213).

Əllamə Təbatəbainin nəzərinə görə, bu ayədə adı çəkilən “kitab” sözü məhz “Nuhun kitabıdır”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930