İnsanları dillə deyil, əməllə dinə dəvət etmək bəyənilir
Mьəllif: admin1
Tarix: 28-01-2016, 20:40
İnsanları dillə deyil, əməllə dinə dəvət etmək bəyənilir

Məsum İmamlarımız (ə) İlahi maarifin xəzinələridirlər. Əmirəl-möminin (ə) bir kitabı var idi ki, Həzrət Peyğəmbərin (s) bütün imlaları orada idi. İmam Baqir (ə) həmin kitab haqqında buyurur: “Allaha and olsun ki, orada olan elmdən ən inanılmış elmi heç yerdə tapa bilməzsiniz. Bu elm Cəbrayilin (ə) nazil etdiklərindən götürülmüşdür”. (Erfan)
İmam Əlinin (ə) başqa bir kitabı da var idi və adı “Səhifə” idi. Bu kitabda fiqhə aid mövzular bəyan olunmuşdur. İmam Həsən (ə), İmam Hüseyn (ə) və İmam Səccadın (ə) dövründə Bəni-Üməyyə o qədər təzyiqlər göstərirdi ki, bu İlahi maarifi, susuzlarına çatdırmaq mümkün olmamışdı. Bununla belə Şeyx Tusinin buyurduğuna görə bu elmdən İmam Həsənin (ə) 52 davamçısı və İmam Hüseynin (ə) 109 nəfər davamçısı bəhrələnmişdilər.
İmam Səccaddan (ə) bizə iki dəyərli xəzinə qalmışdır ki, biri “Səhifeyi-Səccadiyyə”dir və biri də “Risaləti-hüquq”dur. Həzrətin (ə) elmindən 175 nəfər gizli şəkildə bəhrələnmişdilər.
İlahi maarif İmam Baqir (ə) və İmam Sadiqin (ə) dövründə zirvə nöqtəsinə çatmışdı. Bu elmə yiyələnlərin sayı 4 min nəfərə çatmışdır.
Bəli, bu Məsum İmamlardır (ə) ki, Allahın əmrlərini və qadağalarını zahir edir və bizləri hidayət etməyə çalışırlar. Bu elm Peyğəmbərdən (s) başlamış Məsum İmamlara (ə) bir-bir ötürülmüşdür.
Məsum İmamlarımız (ə) Allahın əmr və qadağalarına hamıdan daha çox əməl edirdilər. İmam Əli (ə) ona görə buyurur: “Ey insanlar! Allaha and olsun ki, mən sizi heç bir ibadətə həvəsləndirmərəm, məgər o halda ki, özüm sizdən əvvəl ona əməl edərəm. Sizi heç bir günahdan çəkindirmərəm, məgər o halda ki, özüm sizdən əvvəl ondan uzaq olaram”.
Bəli, İmamlarımız (ə) öz əməlləri ilə insanlara təsir qoyurdular. Onlar dediklərinə əməl etməkdə hamıdan qabaqcıl idilər. Həm də öz davamçılarına əmr edirdilər ki, o cür olsunlar.
İmam Sadiq (ə) buyurur: “İnsanları dilsiz (əməllə) Allaha tərəf çağırın ki, sizdən din yolunda çox çalışmağı, doğruluğu görsünlər”.
Həzrət (ə) başqa yerdə buyurur: “Bizim məktəbə səssiz dəvətedənlərdən olun”. Soruşurlar necə? Buyurur:“Bizim əmr etdiklərimizə əməl edin ki, ibarətdir: Allaha itaət etməkdən. Tərk edin o şeyi ki, biz qadağan edirik, ibarətdir: günaha düçar olmaqdan. İnsanlarla rəftarınız adil və sadiq olsun. Əmanəti sahiblərinə qaytarın. Əmr-be-məruf və nəhy-əz-münkər edin”.
Həzrət Peyğəmbər (s) və İmamlar (ə) ona görə insanları özünə cəzb edirdilər ki, özləri hamıdan qabaq dediklərinə əməl edirdilər. Bir yəhudi Həzrət Peyğəmbərin (s) İmam Hüseynlə (ə) mehriban rəftarını görən zaman deyir ki, biz övladımızla belə rəftar etmirik. Həzrət (s) buyurur: “Agah olun. Əgər Allaha və Rəsuluna imanınız varsa, uşaqlarınıza mehribanlıq göstərərdiniz”. Həmin yəhudi deyir: “Həqiqətən, mən Allaha və Rəsuluna iman gətirirəm”. Həzrət Peyğəmbərin (s) bu rəftarı onun imana gəlməsinə səbəb oldu.
Nəql edirlər ki, İmam Həsənin (ə) ona ədəbsizlik edən şamlı kişi ilə rəftarı onun ayılmasına səbəb oldu və pis əməlindən peşman oldu. Halbuki, Həzrətə (ə) demişdi ki, mənim üçün ən pis insan – sən və atansan.
Bir xristian İmam Baqirə (ə) qarşı xəyanət etmişdi. Amma Həzrətin (ə) onunla gözəl rəftarı xristianın imana gəlməsinə səbəb olur. Bu cür əhvalatlar Məsumların (ə) həyatında çox baş vermişdir.
Ona görə də deyə bilərik ki, Məsum İmamlarımız (ə) İlahi əmrlərin nişanəsidirlər və özləri bu əmrlərə əməl etməkdə hamıdan qabaqcıldırlar.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930