Ancaq insanlara aid olan 4 xəstəlik
Mьəllif: admin1
Tarix: 10-03-2023, 21:32
Ancaq insanlara aid olan 4 xəstəlik
Ömür keçdikcə, insan bir çox xəstəliklərə düçar olar. Xəstə insan çalışar ki, tez bir zamanda sağlamlığını geri qaytarsın.

Bəzi xəstəliklər vardır ki, ancaq insan övladına aiddir və bu xəstəlik heyvanlarda və ya bitkilərdə, başqa canlılarda yoxdur.

Bu xəstəliklər ilə tanış olaq:

1. Küfr. Qəlb bəzən insanın həqiqətlərə qarşı laqeyd olmasına görə küfrə düçar olur. İnad üzündən inkar etmək, iman əldə etdikdən sonra inkar etmək, nemətləri şeytan (lən) yolunda sərf etmək – küfrün nişanələrindəndir.

Qurani-Kərim küfr barəsində buyurur: «Kafirlərə gəldikdə isə onlara dünyada və axirətdə şiddətli əzab verəcəyəm və onların heç bir köməkçisi olmayacaqdır». (“Ali-İmran” 56).

“Və kim şükür etsə, öz xeyrinə şükür edər və kim naşükürlük etsə, (bilsin ki,) Rəbbim həqiqətən, onun şükrünə möhtac deyil və kərəm sahibidir”. (“Nəml” 40).

2. Nifaq. Qəlbin başqa bir xəstəliyi – nifaqdır. Yəni, ikiüzlü olmaq, zahirdə bir cür və batində başqa cür olmaqdır. “Şübhəsiz, münafiqlər odun ən aşağı təbəqəsindədirlər və onlar üçün əsla bir yardımçı tapmayacaqsan”. (“Nisa” 145).

Münafiq o kəsdir ki, Allaha iman və vacibatları yerinə yetirmək mövzusunda Allahla ikiüzlü rəftar edir. Allahın xəlqi ilə də rabitəsi o cürdür.

3. Şirk. Şirkin bir neçə növü vardır ki, Quran onları bizə tanırmışdır. O cümlədən riya, havapərəstlik etmək, dini inkar edən alimlərin ardıcılı olmaq kimi. Şirk də məhz insana məxsus olan xəstəliklərdəndir.

“Yəhudilərdən bəziləri (Tövratın) kəlmələrin(in) yerini (dəyişib) təhrif edir və dillərini (ərəb ləhcəsində olduğu kimi) əyməklə və dinə tənə vurmaq məqsədilə deyirlər: «Eşitdik və (batində deyirlər) itaətsizlik etdik və eşit ki, eşitməyəsən».

(Onların bu sözlərinin zahiri mənası budur ki, pis eşitməyəsən. Lakin onu deməkdə məqsədləri budur ki, kar olasan, yaxud yaxşı söz eşitməyəsən). Həmçinin «raina» deyirlər (ki, onun mənası ərəb dilində «bizi riayət et», ibrani dilində isə «ey bizim çobanımız» deməkdir)! Əgər onlar «eşitdik və itaət etdik və eşit və bizə nəzər sal» desəydilər, şübhəsiz (bu) onlar üçün daha yaxşı və düzgün olardı.

Lakin Allah onları küfrləri vasitəsilə lənətləmiş və (rəhmətindən) uzaqlaşdırmışdır. Buna görə də onların yalnız az bir hissəsi iman gətirər (və ya onlar həqiqətlərin yalnız az bir qisminə imann gətirərlər)”. (“Nisa” 46).

Şirk odur ki, Allaha şərik qoşasan və deyəsən ki, Allahdan başqa da İlah vardır. Və ya Allahı, İlah kimi qəbul etməyəsən.

4. Şəkk. Qəlbin başqa bir xəstəliyi – şəkdir. Əgər o şey ki, Quran, hədis tərəfindən isbat edilib və haqq hesab olunursa – ona qarşı şəkk etmək günahdır. Hər kimin haqqa şəkki vardırsa, ona nə qədər möcüzə göstərirsənsə-göstər, yenə də dediyinin üstündə dayanacaqdır. Haqqa şəkk etmək insanı çox sayda bədbəxtliklərə salar.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829