Aşkar və gizli şirk. Bunlardan necə qorunmaq?
Mьəllif: admin1
Tarix: 27-02-2024, 11:17
Aşkar və gizli şirk. Bunlardan necə qorunmaq?
Allah Təala Quranda buyurur: “Və onların (dünyada insanların) çoxu Allaha ancaq şərik qoşaraq (bütə, Üzeyirə, İsaya, nura, zülmətə etiqad bəsləməklə və hər hansı bir aşkar və gizlin şirkə düçar olaraq) iman gətirərlər”. (“Yusif” 106).

İmam Sadiq (ə) bu ayə haqqında buyurur: “İnsan əgər desə ki, filankəs olmasaydı, mən məhv olardım və ya fiankəs olmasaydı, belə və elə olardım. Məgər görmürsən ki, o, bu sözləri ilə Allahın mülkində şərik qərar verir ki, ona ruzi verir, onu müdafiə edir və bəlanı dəf edir?”.

Hədisi nəql edən deyir: “Bəs əgər belə desə ki, Allah filankəs vasitəsilə mənə minnət qoymasaydı, məhv olardım?”.

Buyurur: “Bəli, (bunun) çətinliyi yoxdur”.

Həzrət Cəfər Sadiq (ə) bu ayə haqqında buyurur: “Bilməyərək şeytanın ardıcılı olar və bu yolla müşrik olar”.

İmam Sadiq (ə) müşrik barəsində buyurur: “Bəndə müşrik olmaz, məgər o halda ki, Allahdan qeyrisi üçün namaz qılar ya Allahdan qeyrisi üçün qurban kəsər və ya Allahdan qeyrisi üçün dəvət edər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Ey insanlar! Şirkdən uzaq olun ki, o qarışqanın hərəkətindən də hissolunmazdır. (Əgər kimsə uzaq olmağın yolunu öyrənmək istəyirsə, o zaman) desin: “Allahım! Agah şirkdən Sənə pənah aparıram və agah olmayan şirkə görə Səndən bağışlanma istəyirəm””.

Beləliklə deyə bilərik ki, şirkin iki növü vardır: aşkar şirk və gizli şirk. Aşkar şirk odur ki, zahirdə Allahın yerinə başqa məbudu öz xaliqi hesab etmək. Gizli şirk isə insanın niyyətində Allah üçün deyil, bir başqası üçün həmin işi görməsidir.

Əgər pərdələr aşağı düşsə, əksər möminlərin müşrik olduqlarını görə bilərik. Çünki insanların əksər hissəsi bir işi görən zaman Allahın razılığından çox, insanların razılığını düşünürlər.

Çox təəssüf ki, aşkar şirkdə olduğu kimi, gizli şirkə düçar olanları da əzab gözləyir. Ona görə də Peyğəmbərimizin (s) tövsiyə etdiyi kimi, şirkin hər iki növündən də Allaha pənah aparıb, bağışlanma diləmək lazımdır və niyyətlərimizin, əməllərimizin xalis olmasına diqqət etmək lazımdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930