Mömin hansı halda müşrik ola bilir?
Mьəllif: admin1
Tarix: 27-02-2024, 11:15
Mömin hansı halda müşrik ola bilir?
Allah Təala buyurur: “Və onların (dünyada insanların) çoxu Allaha ancaq şərik qoşaraq (bütə, Üzeyirə, İsaya, nura, zülmətə etiqad bəsləməklə və hər hansı bir aşkar və gizlin şirkə düçar olaraq) iman gətirərlər”. (“Yusif” 106).

Bu ayə bizə açıq şəkildə deyir ki, heç bir mömin əməldə şirkdən amanda deyildir.

İmam Sadiq (ə) bu haqda buyurur: “Əgər kimsə desə ki, filankəs olmasaydı, ölərdim və ya başıma bu və ya o iş gələrdi – bu cür insan şirkə düçar olar”.

Biz dəfələrlə insanlardan bu sözü eşitmişik ki, deyirlər: “Əvvəl Allah, sonra insanlar”. Bu cümlə şirkdir və hətta gizlin belə deyil, aşkar şirkdir. Çünki hər şey Allahdandır, Allah həqiqi Malikdir. Ona görə də həm əvvəl və həm də axır olan – Allahdır.

Bəzi insanların gözü başqa insanların əlindədir və istəyirlər ki, onların vasitəsilə dolansınlar. Bu işin özü də əməldə olan şirkdir.

Halbuki, həqiqi iman təkid edir ki, Allah təqdir və edən və tədbir edəndir. Ona görə də insanı tədbir edən və Allahı təqdir edən hesab etmək olmaz. O, həm təqdir edəndir, həm də tədbir edəndir.

Şirkin ən az formasını tanıyaq. İnsanların çoxu şirkin növlərini tanımırlar, lakin buna baxmayaq, şirk onların həyatına öz xoşagəlməz təsirlərini qoyur. Ona görə də möminlərə dəfələrlə xəbərdarlıq edilir ki, Quran ayələri haqqında düşünün və öz baxış bucağınızı genişləndirin.

Həzrət Peyğəmbər (s) buyurur: “Şirk qaranlıq gecədə saf daşların üzərində gəzən qarışqa ayağının səsindən də gizlidir. Şirkin ən az dərəcəsi odur ki, zülmü dost və ədaləti düşmən biləsən”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Sizin üçün qorxduğum ən təhlükəli şey kiçik şirkdir”. Soruşurlar ki, kiçik şirk nədir?

Həzrət (s) buyurur: “Riyakarlıq. Qiyamət günü insanlar öz əməlləri ilə Allah dərgahında hazır olan zaman Allah dünyada riya edənlərə buyurar: “Riya etdiyiniz kəslərin sorağına gedin, görün onların yanında mükafat tapa biləcəksinizmi?!””.

Şirkin ən az dərəcəsi odur ki, insan zülmü sevsin və ondan razı olsun. Ədaləti düşmən bilsin.

Bu deyilənlərdən belə nəticə çıxartmaq olar ki, şirkin çox növü vardır və onu aşkar etmək çox çətindir. Məsumlardan (ə) birinə sual verirlər ki, mömin necə müşrik olur?

Həzrət (ə) buyurur: “Dilinə nəzarət etməz və deyər ki, əvvəl Allah, sonra filan şəxs”.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930