Riyanın insanda yaratdığı inanılmaz və təhlükəli vəziyyət – 30 illik namazını təzələyən alim
Mьəllif: admin1
Tarix: 14-10-2021, 22:05
Riyanın insanda yaratdığı inanılmaz və təhlükəli vəziyyət – 30 illik namazını təzələyən alim
İnsan daxili aləmi sirlərlə dolu olan, öyrənildikcə bitməyən bir xəzinədir. Sanki insanın daxilində daima bir savaş vardır: Xeyirlə şərrin savaşı.

Bəli! İnsan daim savaşdadır. Özü də daxili bir savaşda! Daima onun içində xeyirlə şərrin mübarizəsi gedir. İnsan daxilində xeyirin mənşəyi olan hisslər qalib olduğda, o da ətrafına xeyir və bərəkət saçır.

Yox, əgər mənfi işlərin nəşət tapdığı daxili qüvvələr qalib olduğda insan ətrafına mənfi enerji və zərər dağıdar. Elə isə insanın ətrafı ilə hər növ rəftarı və dava-dalaşı əslində özü ilə daxili savaşıdır!

Riya hissi də bu növ mənfi qərizələrdəndir (pisə meyl). Hətta əxlaq ustadları riyanı şirkə bərabər də hesab edirlər. Çünki əsl həqiqətdə bütün işlərini Allaha xatir etməli olan insan, bu işləri məxluqa göstərmək üçün edir. Bu halda həmin insan, özünü göstərmək istədiyi şəxsi Mütəal Allaha şərik qərar vermiş olur.

Qurani Kərim riyakarlığı tənqid edir və insanı bu kimi işlərdən çəkindirir:

Vay halına o namaz qılanların ki,

Onlar öz namazlarından səhlənkardırlar.

Onlar (namazlarında) riyakarlıq edər. (Maun-4,5,6)

Böyük İslam alimlərində olan Mirzə Cavad Mələki Təbrizi öz xatirələrinin birində yazır:

“Böyük alimlərdən biri yazır ki, o, 30 il camaat namazında birinci səffdə dayanır. Beləcə hər gün camaat namazında iştirak edir və həmişə birinci səffdə dayanırmış. 4

Bir gün necəsə olur həmin alim namaza gecikir. Tələsik dəstəmaz alıb namaza çatıncaya qədər artıq namaz başlayır.

O da məcbur olub arxa səffdə dayanmalı olur. Həmin alim arxa səffdə dayanmasına görə özündə narahat olur və arxada durmasına görə camaatdan xəcələt çəkir.

Bir anlıq bu halını gözdən keçirən həmin alim sanki ayılır və öz-özünə deyir: demək mənim neçə illik birinci səffdə durub qıldığım namazlarım hamısı riya imiş?!

Bu halını müşahidə edən alim özünü, nəfsini danlayır və 30 illik namazlarını yenidən qılır.”

Bəli, riya həm şirk, həm də bir növ mənəvi xəstəlikdir. Özü də bilinməyən, gizli şəkildə gələn bir xəstəlik. İnsan yaxşı bir iş görmək qərarına gəlir.

Xeyir və savab əldə etmək istəyir. Lakin özü də hiss etmədən bu əməli ilə nəinki xeyir (savab) əldə etmək, hətta şirkə belə bulaşmış olur.

Elm və təhsil sahibi olan bir alim öz riyasını, şirkini 30 ilə dərk edirsə, bu, riyanın necə gizli və təhlükəli bir mənəvi xəstəlik olduğunu bir daha aydın şəkildə göstərir.

Bu səbədən Allah Rəsulu (s) insanın özü ilə, nəfsi ilə cihadını “Ən Böyük” cihad adlandırıb. Çünki insanın ətraf aləmlə davranışı və rəftarı daxili aləmində baş verən “cihadın” əksi və mücəssiməsidir (formasıdır).



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930