Gizli ibadət
Mьəllif: admin1
Tarix: 4-06-2023, 14:19
Gizli ibadət
Gizli ibadət bir çox hallarda riya və ibadətin puç olmasının qarşısını alır.

Xüşu ilə ibadət

Xüşu Allahı qəlbən düşünmək və Onun əzəmətinə uyğun hal tapmaqdır. Allaha pərəstiş Onun əzəmətini düşünmək və qarşısında kiçiklik, ehtiyac hiss etməklə yanaşı olmalıdır.

Quran möminlərin sifətlərini “namazda xüşu” ilə bəyan edir: “O kəslər ki, namazlarında müti olub boyun əyərlər!” (“Muminun” surəsi, ayə 2.)

İbadət edən şəxsin vücudunu mütilik (xüşu) əhatə etməlidir. Bu halı əldə etmək üçün namaz qılan şəxs elə ibadət etməlidir ki, sanki Allahı görür.

Namaz qılan şəxs Allahın əzəməti və qüdrəti qarşısında öz kiçikliyini hiss etməlidir. Hədisdə buyurulur: “Allaha elə ibadət et ki, guya Onu görürsən.” (“Misbahuş-şəriət”, səh.8.)

Başqa bir hədisdə buyurulur: “Namazı vaxtında və sonuncu namazın kimi qıl. Elə zənn et ki, namaz və dünya ilə xudahafizləşirsən.” (“Bihar” 84-cü cild, səh.233.)

Gizli ibadət

İnsan şeytanın tələsindən sığortalanmayıb. İbadət bir çox hallarda təkəbbür, riya və özünü nümayişlə puç olur. Bu bəladan uzaqlaşmaq üçün gizli ibadət lazımdır.

Allahın Rəsulu (s) buyurur: “Gizli ibadətin mükafatı daha böyükdür.” (“Bihar”, 70-ci cild, səh.251.)

Əlbəttə, bu İslamın aşkar ibadət (cümə, həcc və camaat namazı kimi) göstəriş vermədiyi hallara aiddir. Çünki məsciddə qılınan camaat namazı evdə qılınan fərdi namazdan üstündür. Gizli ibadət bir çox hallarda riya və ibadətin puç olmasının qarşısını alır.
(nur-az)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930