Allah bu 3 dəstə insanı həqiqi ziyankar hesab edir
![]() Qurani-Kərim bu haqda buyurur: “Həmin kəsləri ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur (Allahın hökmləri əqli və nəqli cəhətdən sübuta yetirildikdən sonra onlarla müxalifət edir), Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri (qohum-əqrəba, Məsumlar (ə) və din kimi şeylərlə əlaqəni) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Ziyana uğrayanlar da onlardır”. (“Bəqərə” 27). Bu ayədən göründüyü kimi, Allah Təala üç dəstə insanları həqiqi ziyankarlardan hesab edir: 1. O kəslər ki, əhdlərinə vəfa etmirlər. 2. O kəslər ki, sileyi-rəhm etmirlər. 3. O kəslər ki, yer üzündə fəsad edirlər. 1. İlahi əhd hər bir insan üçün fərqlidir. Peyğəmbərlər (ə), vəsilər (ə) üçün bir növdür, başqa insanlar üçün bir növdür. Kitab əhlinin boynunda olan əhd isə daha ağırdır. 2. Allah Təbarəkə və Təala istəyir ki, cəmiyyətdə həmişə əmin-amanlıq və hüzur olsun. Ona görə də sileyi-rəhmə həmişə təşviq etmiş və onun savablarını bəyan etmişdir: ömrü uzadar, ruzini artırar, yoxsulluğu uzaqlaşdırar... 3. Bu dəstə insanlar fasiq insanlardır ki, yer üzündə ancaq fəsad törətmək istəyirlər. Quran onların bu əməllərini xusran hesab edir və onları ziyankar adlandırır. /Deyerler.org/ Oxşar xəbərlər
|