İnsanların arasını vurana Uca Allah lənət edər.
Mьəllif: admin1
Tarix: 29-09-2020, 12:09
İnsanların arasını vurana Uca Allah lənət edər.

Əxlaqın rəzil sifətlərindən biri – insanlar arasında fəsad törətməkdir. Bu xəbis sifət sahibini bədbəxtliyə tərəf çəkər və Allahın lənətinə düçar olar.

Bu sifət insanı cəhənnəmlik edər, insanın dinini aradan aparar. Bu xəbis sifətin sahibi Allah və Rəsulu (s) ilə düşmənçlik edər və bir çox dini vəzifələrini yerinə yetiməz. O cümlədən: cümə namazı, salamlaşmaq, ziyarət, sui-zəndən çəkinmək, qeybət kimi. Bu insan fəsad törədər və lənətə layiq olar.

“Onların cəzası Allahın, mələklərin və bütün insanların lənətinin onlara olmasıdır”. (“Ali-İmran” 87).

Allah Təala yenə buyurur: “Həmin kəsləri ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur (Allahın hökmləri əqli və nəqli cəhətdən sübuta yetirildikdən sonra onlarla müxalifət edir), Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri (qohum-əqrəba, məsumlar və din kimi şeylərlə əlaqəni) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Ziyana uğrayanlar da onlardır”. (“Bəqərə” 27).

Bu sifətin ziddi – insanların arasını düzəltməkdir. Bu fəzilətli sifət insanın nəfsi şərafətindən və zatının paklığından xəbər verir. Ona görə də savabı çoxdur.

Həzrət Peyğəmbər (s) buyurur: “Ən fəzilətli sədəqə - insanların arasını düzəltməkdir”.

İmam Sadiq (ə) buyurur: “Allahın sevdiyi sədəqə - insanların arasını düzəltməkdir. Nə zaman aralarında fəsad yaranar, onları bir-birinə yaxınlaşdırmaqdır. Çünki aralarında uzaqlıq və ayrılıq meydana gələr”.

İnsanların arasını düzəltmək üçün hətta yalan demək caiz hesab olunur. Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir yalanı yazarlar, məgər o zaman ki, cihadda olar və ya iki insanın arasını düzəltmək üçün yalan deyər”.

Yəni, əgər insanların arasını düzəltmək üçün yalan desən, o yalan hesab olunmaz, çünki ziyan vurmaz.

Beləliklə deyə bilərik ki, Allah yanında ən üstün sədəqə - insanların arasını düzəltmək və onları bir-birinə yaxınlaşdırmaqdır.

Əksinə, fəsad törədərək dostu-dosta, ailə üzvlərinə bir-birinə düşmən etmək insanı cəhənnəmlik edər və belə bir şəxs Allahın lənətinə düçar olar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031