İnsan “Mursəlat” surəsini oxuyarsa, Allah Qiyamət günü onunla Peyğəmbər (s) arasında tanışlıq yaradar
![]() Həzrət Peyğəmbər (s) bu surə haqqında buyurur: “Hər kim “Mursəlat” surəsini oxuyarsa,yazılar ki, o, müriklərdən deyildir”. İmam Sadiq (ə) buyurur: “Hər kim “Mursəlat” surəsini oxuyarsa, Allah Qiyamət günü onunla Peyğəmbər (s) arasında tanışlıq yaradar”. Bu surənin bərəkətləri: 1. Səfərdə amanda qalmaq. İmam Sadiq (ə) buyurur: “Hər kim səfərə getmək istəyirsə və ya səfərdə olan yolçudursa əgər “Mursəlat” surəsini oxuyarsa hər bir oğrunun şərrindən amanda qalar”. 2. Düşmənə qalib gəlmək. Hər kim düşmənçilik halında bu surəni oxuyarsa düşməninə qələbə çalar. 3. Qarın ağrısının şəfası üçün. İmam Sadiq (ə) buyurur: “Əgər “Mursəlat” surəsini yazsalar və soğan suyu ilə yusalar və qarın ağrısı olan xəstə ondan içərsə Allahın izni ilə ağrısı aradan qalxar”. /Deyerler.org/ Oxşar xəbərlər
|