Yoxsulluqdan qoruyan, göz dəyməsindən hifz edən surə – “Qələm” surəsinin fəzilətləri
Mьəllif: admin1
Tarix: 25-02-2018, 10:42
Yoxsulluqdan qoruyan, göz dəyməsindən hifz edən surə – “Qələm” surəsinin fəzilətləri
“Qələm” surəsi Quranın 68-ci surəsidir ki, 52 ayəsi vardır. Bu surə Məkkədə nazil olmuşdur.

Həzrət Peyğəmbər (s) bu surə barəsində buyurur: “Hər kim “Qələm” surəsini oxuyar, Allah xoş əxlaqlı insanların savabını ona əta edər”.

İmam Sadiq (ə) buyurur: “Hər kim “Qələm” surəsini vacib və müstəhəb namazlarında oxuyarsa, heç bir zaman yoxsulluğa düçar olmaz. Öləndən sonra qəbirdə qaranlıqdan amanda olacaqdır”.

Bu surənin bərəkətləri:

1. Diş ağrısı. Həzrət Peyğəmbər (s) buyurur ki, əgər bu surəni yazsalar və o kəsin ki, dişi ağrıyır, onu yanında gəzdirərsə - ağrısı həmin an sakit olar.

2. Göz dəyməsinin qarşısını alar. Bu surənin 51 və 52-ci ayələrini yazıb evin divarından asmaq və ya özünüzlə gəzdirmək – göz dəyməsinin qarşısını alar.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930