Göz ağrılarını aradan aparan, insanın eyiblərini örtən surə - “İnfitar” surəsinin fəzilətləri
Mьəllif: admin1
Tarix: 23-02-2018, 23:42
Göz ağrılarını aradan aparan, insanın eyiblərini örtən surə - “İnfitar” surəsinin fəzilətləri
“İnfitar” surəsi Quranın 82-ci surəsidir ki, 19 ayəsi vardır.

Həzrət Peyğəmbər (s) bu surə barəsində buyurur: “Hər kim “İnfitar” surəsini oxuyar, Allah bütün qəbirlərin sayı qədər ona həsənə verər. Göydən yağan yağış və qarın damcılarının on qatı qədər ona həsənə verilər”.

İmam Sadiq (ə) buyurur: “Hər kim “İnfitar” surəsini vacib və ya müstəhəb namazlarında oxuyarsa, Allah onun hacət və istəklərini yerinə yetirər. Onunla Allah arasında hicab (pərdə) olmaz. Allah davamlı olaraq ona inayət nəzəri ilə baxar, o zamana qədər ki, insanların hesabını çəkməkdən ayrılar”.

Bu surənin bərəkətləri:

1. Zindandan xilas olmaq üçün. Bu surəni oxumaq zindandan və əsarətdən xilas olmağa və qorxunun aradan getməsinə səbəb olar. İmam Sadiq (ə) buyurur: “Hər kim bu surəni hansı işdə ilişib qalıbdırsa 70 dəfə oxuyarsa, xilas olar. Əgər zindanda olan bu surəni 70 dəfə oxuyarsa, azad olar”.

2. Qiyamət günü rüsvay olmaqdan xilas olmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim mübarək “İnfitar” surəsini davamlı oxuyarsa, Allah onu Qiyamət günü rüsvay olmaqdan amanda saxlayar və eyiblərini örtər”.

3. Gözün görməsi güclənər. İmam Sadiq (ə) buyurur: “”İnfitar” surəsini göz üçün oxumaq onu güclü edər və göz ağrılarını aradan aparar”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930