Quşların yaradılışında gizlənən hikmət
Mьəllif: admin1
Tarix: 21-02-2018, 21:24
Quşların yaradılışında gizlənən hikmət
İmam Sadiq (ə) buyurur: “Ey Mufəzzəl! Quşların cisminə və yaradılışına nəzər sal. Hikmət belə olmuşdur ki, quşlar səmada olsunlar. Yüngül və gözəl xəlq olunublar. Dörd ayaq və əl yerinə iki ayaqları vardır. Beş barmaq yerinə dörd barmaqları vardır.

Necə ki, gəminin qarşı hissəsi iti və dardır və suyu yarıb irəli gedər – quşun sinəsi və qarşı hissəsi də gəmi kimidir ki, havanı yarsın və istədiyi kimi uça bilsin. Qanadlarında və arxa hissəsində uzun tüklər qoyulmuşdur ki, onu uçmaq üçün rahatlıqla qaldıra bilsin. Bütün bədəni tüklə örtülmüşdür ki, hava ona nüfuz etsin və rahatlıqla yüksəkdə uça bilsin.

Hikmət belə olmuşdur ki, quşların yeməyi dəndən və ətdən olsun.

Onları çeynəmədən udarlar. İnsanlarda olduğu kimi dodaq və diş onlarda xəlq olmamışdır. Onlara iti dimdik verilmişdir ki, yeməklərini onunla tutsunlar.

Quşun dişləri olmadığı üçün dənləri və əti diri və bişməmiş halda udar. Ona görə də daxillərinə hərarət qoyulmuşdur ki, dəni xırdalayar və dəyirmandan keçirər ki, çeynəməkdən ehtiyacsız olsunlar.

Quşlar yumurta qoyarlar və doğmazlar. Çünki uçan zaman ağır olmasın. Əgər onların qarnında balaları qalsa, onları uçmaqdan saxlayar. Ona görə də quşların hər şeyi elə xəlq edilmişdir ki, onların xüsusiyyətlərinə uyğun olsun”.

Allah Təbarəkə və Təala bizlərə yaradılışın hikmətini dərk etmək tofiqatını nəsib etsin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930