Heyvanların yaranışının sirri barədə İmam Sadiqin (ə) izahı
Mьəllif: admin1
Tarix: 9-02-2022, 10:28
Heyvanların yaranışının sirri barədə İmam Sadiqin (ə) izahı
İmam Sadiq (ə) buyurur: “Dördayaqlılara bax gör necə insan bədəni kimi ətdən, sümükdən, damar və əsəb sinirlərindən meydana gəlmişdirlər. Onlara da insanlar kimi qulaq və göz verilmişdir ki, insanların ehtiyacını ödəyə bilsinlər. Əgər kor və kar olsaydılar, insanlar onlardan bəhrələnməzdilər. Onlarla ehtiyacları aradan getməzdi.

Ancaq fikirdən, zehindən, düşüncə və ağıldan məhrumdurlar ki, bəzən insanların onlara gördürdüyü çətin işlərdən və ya onların üstünə qoyduğu ağır yüklərdən boyun qaçırtmasınlar. İşi yerinə yetirməkdən və yükü aparmaqdan imtina etməsinlər.

Ey Mufəzzəl! Bu üç heyvanın (insanın, hevanların və quşların) müdrik yaradılışı barəsində düşün. Hər birini Öz məsləhətinə görə xəlq etmişdir. İnsanın huş və düşüncəsi olduğu üçün inşa etmək, ticarət, zərgərlik, dərzilik və başqa işlərlə məşğul ola bilər. Onun böyük əlləri və güclü barmaqları elə münasib yaradılmışdır ki, əşyanı götürsün və bu peşələrlə məşğul ola bilsin.

İndi dördayaqlılara bax görə necə (doğuldan sonra) ayaq üstə dururlar və analarının ardınca gedirlər. İnsan övladı kimi deyildirlər ki, götürməyə, aparmağa, tərbiyə etməyə və rəhbərlik etməyə ehtiyacları olsun. Ona görə ki, bu heyvanların anaları insan kimi deyildir ki, elmdən və rəhbərlikdən bəhrələnə bilsinlər. Bu iş üçün münasib olan əl və barmaqlara malik deyildirlər. Nəticədə övladına elə qüdrət vermişdir ki, müstəqil şəkildə öz ayaqları üstündə dayansın.

Həmçinin görmüsənmi ki, quşlar, o cümlədən: toyuq, kəklik, tutuquşu yumurtadan çıxan kimi dən axtarmağa başlayırlar. Ancaq zəif cücələr: göyərçinin balası, dağ göyərçinin balası ayağa qalxmağa gücləri olmur.

Analarına o qədər şəfqət verilmişdir ki, dənləri çinədanına qoyub, bir-bir ağızlarına ötürərlər. O zaman ki, cücələr müstəqil olar, görərsən ki, göyərçinlərə toyuqlara verilən qədər cücələr verilməz ki, onları böyüdə bilsinlər.

Hər ikisi də Allahın tədbir və hikmətindən bəhrələnərlər”.

Allah Təala bizlərə bu hikmətləri dərk etmək tofiqatı versin.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930