Hikmət kimlərə verilir?
Mьəllif: admin1
Tarix: 25-05-2022, 23:25
Hikmət kimlərə verilir?
İlk növbədə demək lazımdir ki, hikmətə bəzən nəsihət, fəlsəfə, sübut, arqument və sair məna verilir.

Bu dorğu deyildir, - Ayə və və hədisləri nəzərə alaraq, hikmətin yalnız bu anlamlarda münhəsir olmadığını rahat başa düşmək olar.

Ola bilsin kimsə öz hikmətini şerdə, kimisə xitabə kimisi isə adi danışığında biruzə verə bilsin.

İmam Sadiq (ə) "hikmət" haqqında buyurur: "Hikmət mərifətin nuru, təqvanın mirası, doğruluğun meyvəsidir. Allah-Taala öz bəndəsinin qəlbinə hikmətdən böyük, uca və gözəl bir nemət olaraq verməmişdir

Allah taala Bəqərə surəsində buyurur: "Allah-Taala "hikmət"i kimə istəyir verir. Hər kimə "hikmət" verilibsə, ona çox xeyir verilib. Bunu ancaq ağıl sahibləri dərk edərlər"

Bəzi müfəssirlər hikməti Quranda zikr edilən furqanla birgə (haqqı batildən ayıran qüvvə) müqayisə etmişlər.

Nəticədə belə əldə olunur ki hikmət yalnız Allahın bəyəndiyi sifətlrə malik olan insanlara verilir və bu bilgi və düşüncə qüvvəsi insanları daha ziyalı düşünməsinə yardım edir

Bəs bu xislət kimə verilir?

Bu haqda Biharul-Ənvar əsərində İmam Kazimdən (ə) bir hədis gəlibdir:

“Əkin düzənlikdə və yumşaq yerdə olur, daşlıqda deyil. Hikmət də belədir, o təvazökar insanın qəlbində yetişir, təkəbbür və zalım insanın qəlbində yox.”

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930