"Hikmət" nədir?
Mьəllif: admin1
Tarix: 4-06-2014, 17:42
Bцlmə: Xəbərlər
"Hikmət" nədir?

"Hikmət" Quran və hədis baxımından fəlsəfə və bu kimi elmlərdən daha geniş bir mənaya malikdir. Unutmayaq ki, "həkim"lik İlahi sifətdir. Və Allah-Taala kimə istəsə "hikmət" bəxş edir. Fəlsəfə kimi elmlər isə "vücud" haqqında danışan bir elmdir. Buna görə fəlsəfə "hikmət" deyil, amma filosof "həkim" ola bilər.

İmam Əli (ə) buyurur: "Hikmət" möminin itkisidir, belə isə münafiqdə də olsa onu alın. - الْحِكْمَةُ ضَالَّةُ الْمُؤْمِنِ فَخُذِ الْحِكْمَة وَ لَوْ مِنْ أَهْلِ النِّفَاق - (Nəhcul-bəlağə, hikmət:80).
İmam Əli (ə) başqa bir hədisdə buyurur: "Alın "hikmət"i hardan olsa. Həqiqətən də "hikmət" münafiqin də sinəsində olur, amma orda qalmır, çalxalanıb xaric olur və gəlib möminin sinəsində dostlarına qovuşur". – خُذِ الْحِكْمَةَ أَنَّی كَانَتْ فَإِنَّ الْحِكْمَةَ تَكُونُ فِی صَدْرِ الْمُنَافِقِ فَتَلَجْلَجُ فِی صَدْرِهِ حَتَّی تَخْرُجَ فَتَسْكُنَ إِلَی صَوَاحِبِهَا فِی صَدْرِ الْمُومِنِ - (Nəhcul-bəlağə, hikmət:79).
Bu cür hədislərdəki "hikmət" sözünə bəziləri konkret olaraq "fəlsəfə, dəlil, arqument ..." məna vermişlər. Bu dorğu deyildir - (yəni "hikmət" sözünü bir sözlə konkret bir şey üçün məna etmək). "Hikmət" sözünün mənasını dəqiqləşdirmək üçün bu barədə olan ayələrə və digər hədislərə də diqqət edilməlidir. Başqa hədislərə nəzər saldıqda "hikmət" sözü üçün aşağıdakı məna dolğunluğunu görəcəyik:
"Hikmət": İnsanın azğınlığa düşməsinin qarşınını alacaq hər bir şey".
Bu zaman ola bilər ki, kiminsə "hikmət"i şairin yazdığı bir beyt şer olsun, digərinki fəlsəfə, başqa birininki hədis, daha başqa birisinki Quran, imanlı bir insanın nəsihəti və s...
Həmçinin ola bilər ki, "hədis"dəki nöqsanlar birini azdırsın, fəlsəfə birini Allah haqqında şübhəyə salsın, şer də fəsada yönəltsin ...;
Hər halda nə avropa, nə şərq və nə də qərb fəlsəfəsi indiki anlamda o zaman məşhur olmayıb ki, İmam (ə) da buyursun "fəlsəfə möminin itkisidir".
Aşağıdakı hədis bu mənanı aydın şəkildə izah edir:

.... مصباح الشريعة، ص: 198 - الباب الخامس و التسعون في الحكمة: - قَالَ الصَّادِقُ ع:‏ الْحِكْمَةُ ضِيَاءُ الْمَعْرِفَةِ وَ مِيرَاثُ التَّقْوَى وَ ثَمَرَةُ الصِّدْقِ وَ مَا أَنْعَمَ اللَّهُ عَلَى عَبْدٍ بِنِعْمَةٍ أَعْظَمَ وَ أَنْعَمَ وَ أَجْزَلَ وَ أَرْفَعَ وَ أَبْهَى مِنَ الْحِكْمَةِ لِلْقَلْبِ قَالَ اللَّهُ تَعَالَى‏ يُؤْتِي الْحِكْمَةَ مَنْ يَشاءُ وَ مَنْ يُؤْتَ الْحِكْمَةَ فَقَدْ أُوتِيَ خَيْراً كَثِيراً وَ ما يَذَّكَّرُ إِلَّا أُولُوا الْأَلْبابِ‏ أَيْ لَا يَعْلَمُ مَا أَوْدَعْتُ وَ هَيَّأْتُ فِي الْحِكْمَةِ إِلَّا مَنِ اسْتَخْلَصْتُهُ لِنَفْسِي وَ خَصَصْتُهُ بِهَا وَ الْحِكْمَةُ هِيَ النَّجَاةُ وَ صِفَةُ الْحَكِيمِ الثَّبَاتُ عِنْدَ أَوَائِلِ الْأُمُورِ وَ الْوُقُوفُ عِنْدَ عَوَاقِبِهَا وَ هُوَ هَادِي خَلْقِ اللَّهِ إِلَى اللَّهِ تَعَالَى قَالَ رَسُولُ اللَّهِ ص لِعَلِيٍّ ع لَأَنْ يَهْدِيَ اللَّهُ عَلَى يَدَيْكَ عَبْداً مِنْ عِبَادِهِ خَيْرٌ لَكَ مِمَّا طَلَعَتْ عَلَيْهِ الشَّمْسُ مِنْ مَشَارِقِهَا إِلَى مَغَارِبِهَا»....
İmam Sadiq (ə) "hikmət" haqqında buyurur: "Hikmət mərifətin ziyası (nuru), təqvanın mirası, doğruluğun meyvəsidir. Allah-Taala öz bəndəsinin qəlbinə hikmətdən böyük, uca və gözəl bir nemət verməmişdir. Necə ki, Allah-Taala Quranda buyurur: (Bəqərə/269) – "Allah-Taala "hikmət"i kimə istəyir verir. Hər kimə "hikmət" verilibsə, ona çox xeyir verilib. Bunu ancaq ağıl sahibləri dərk edərlər". – Ayəyə əsasən Allah buyurur ki, "hikmət" də hansı sirlərin olduğunu ancaq özüm üçün xalis etdiyim bəndələrim bilir. "Hikmət" nicat deməkdir. "Həkim"lik sifəti, yəni işlərin əvvəlində möhkəm olmaq və işlərin aqibətində (sonunun necə qurtaracağı barədə) düşünmək. Hikmət Allahın məxluqunu Ona tərəf hidayət edəndir. Peyğəmbər (s) İmam Əliyə (ə) buyurdu: Allah bir nəfəri sənin əlin ilə hidayət edərsə, sənin üçün günəşin saçdığı hər bir şeydən xeyirlidir". – (Misbahuş-şəriət, s.198);
Bu hədisin sonu və başqa bir hədisə görə - الحکمة ... معرفة الامام و طاعة الله ... – "hikmət" mənası "imam"ı – (hidayətçi) tanımaq və Allaha itaət etməkdir.
Başqa bir hədisdə də vardır ki, Peyğəmbər buyurur: - ضالة المؤمن العلم كلّما قيّد حديثا طلب إليه آخر - Möminin itkisi "elm"dir". Və bu da yenə göstərir ki, birinci hədisədəki "hikmət" sözünə konkret məna vermək olmaz. Ən yaxşı variantı budur ki, əgər konkret məna vermək istəsək bu söz (hikmət) "ilahi elm" və "insanın nəfsini kontrol edəcək və Allaha yaxınlaşdıracaq elm" kimi məna edilsin.

P.S: "Hikmət" Quran və hədis baxımından fəlsəfə və bu kimi elmlərdən daha geniş bir mənaya malikdir. Unutmayaq ki, "həkim"lik İlahi sifətdir. Və Allah-Taala kimə istəsə "hikmət" bəxş edir. Fəlsəfə kimi elmlər isə "vücud" haqqında danışan bir elmdir. Buna görə fəlsəfə "hikmət" deyil, amma filosof "həkim" ola bilər.

Mirməhəmməd Bəşir
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930