Allah Təala bəndələrini səadət cəhətdən kamil yaratmışdır, yoxsa naqis?...
![]() Sabahı gün həmin Şeyxin evinə gəldilər və münazirə etməyə başladılar. Bəhayi alim Quranın mütəşabih ayələrindən müəmmalı mənbəli kitablara istinad edərək, danışmağa başladı. Ancaq fəqih Bafəqi dedi: “İndi bizim Quran ayələri ilə ki, onların elmi Məsumlarımızın (ə) yanındadır – işimiz yoxdur. Gəl əvvəl adi bəhslər edək”. Sual verir: “Sənin nəzərinə görə Allah Təala bəndələrini səadət cəhətdən kamil yaratmışdır, yoxsa naqis?”. Deyir: “Naqis”. Sual verir: “Bu bəndələr kamala möhtacdırlar, yoxsa belə ölməlidirlər?”. Deyir: “Əlbəttə, kamala ehtiyacları vardır”. Sual verir: “Özləri kamal yolunu bilirlər, yoxsa yol göstərənə ehtiyacları vardır?”. Həmin şəxs deyir: “Bəs onda deyim görüm İmam Həsən Əsgəridən (ə) sonra yol göstərən kimdir?”. Alim deyir: “Allah Təala, Peyğəmbər (s), Həzrətin (s) vəsiləri məgər İmam Həsən Əsgərinin (ə) övladından başqasını bizə tanıdıblar?”. Bəhayi alim başını aşağı saldı və təslim oldu. /Deyerler.org/ Oxşar xəbərlər
|