İmam Həsən Əsgərinin (ə) ən mühüm vəzifəsi
Mьəllif: admin1
Tarix: 3-11-2022, 09:38
İmam Həsən Əsgərinin (ə) ən mühüm vəzifəsi
İmam Həsən Əsgəri (ə) başqa İmamlardan (ə) fərqli olaraq Vəliyyi-Əsri (ə) tanıtmaq üçün daha ağır vəzifəyə malik olmuşdur.

O, elə bir dövrdə yaşayırdı ki, Abbasi xəlifələri ona daim təzyiq göstərir və hərəmini diqqət altında saxlayırdılar. Belə bir vəziyyətdə övladı İmam Məhdini (ə.f) öz davamçılarına tanıtması və onun var olduğuna inandırması – İmam Həsən Əsgərinin (ə) ən ağır və mühüm vəzifələrindən idi.

İmam Həsən (ə) insanları qeybə hazırlamalı və dindən azmamaqlarına kömək etməli idi. İmam Həsən Əsgəri (ə) digər İmamlar (ə) kimi öz davamçıları ilə rahat ünsiyyət qura bilmirdi.

Sadəcə naibləri vasitəsilə insanlara məktub şəklində vəzifələrini yazır və onların suallarına da məktub vasitəsiıə cavab verirdi. Çox az insan var idi ki, İmamla (ə) görüşmək səadətinə nail ola bilirdi.

Məvcəvi Bağdadi nəql edir: “İmam Həsən Əsgəridən (ə) eşitmişəm ki, buyurur: “Sanki sizi görürəm ki, məndən sonra canişinimlə bağlı münaqişə edirsiniz.

Agah olun ki, hər kim Peyğəmbərdən (s) sonrakı İmamları (ə) etiraf edər, ancaq övladımı inkar edərsə - o kəs kimi olar ki, bütün İlahi peyğəmbərləri (ə) və rəsulları (ə) etiraf edər, ancaq Peyğəmbərin (s) nübuvvətini inkar edər.

Çünki bizim axırıncı nəfərimizə itaət etmək – bizlərin ilkinə itaət etmək kimidir. Bizim axırıncı nəfərinimizi inkar etmək – bizim ilkimizi inkar etmək kimidir.

Agah olun ki, övladım üçün qeyb vardır ki, insanlar onda şəkk edirlər. Məgər o kəsdən başqa ki, Allah Təala onu hifz edər”.

Muhəmməd ibni Osman Əmr atasından nəql edir ki, deyir: “Mən İmam Həsən Əsgərinin (ə) yanında idim və ondan Peyğəmbərdən (s) eşitdiyimiz İlahi hüccətlə bağlı sual verdim.

Dedim ki, Həzrət (s) buyurubdur ki, yer Qiyamətə qədər hüccətdən boş qalmayacaqdır və hər kim İmamını (ə) tanımadan ölərsə, cahil ölmüş olar. Bu, həqiqətdirmi?”.

Həzrət (ə) buyurdu: “Bu sözlər haqdır, necə ki, aydın gün həqiqətdir”.

İmamdan (ə) soruşurlar: “Ey Allah Rəsulunun övladı! Sizdən sonrakı hüccət kimdir?”

Buyurur: “Övladım Muhəmməd. O, məndən sonra hüccət və İmamdır. Hər kim onu tanımadan ölərsə, cahil ölümlə ölmüş olar.

Agah olun ki, onun üçün qeyb vardır ki, nadanlar onda avara olar, batil əhli onda həlak olar. Hər kim ona vaxt müəyyən edər, yalan deyər. Sonra qiyam edəcəkdir.

Sanki ağ bayraqlara baxıram ki, onun başı üstündə Nəcəf və Hicazda dalğalanmaqdadır”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930