İmam Səccad (ə) Həsən Bəsrini necə hidayət etdi?
Mьəllif: admin1
Tarix: 25-04-2023, 22:32
İmam Səccad (ə) Həsən Bəsrini necə hidayət etdi?
İmam Səccadın (ə) zamanında saraya xidmət edən alimlərdən biri də Həsən Bəsri idi. İmam Səccad (ə) öz dövrünün bu cür alimləri ilə mübarizə aparır və onları haqq yola dəvət edirdi.

Həsən Bəsri Minada moizə deməklə məşğul idi. Bu zaman İmam Səccad (ə) həmin yerdən keçirdi. Ona buyurur: “İndi özünlə Allah arasında malik olduğun vəziyyətdən razısanmı? Əgər bu halda ölümün gəlib çatsa, heç nigaran deyilsənmi?”.

Həsən Bəsri deyir: “Xeyr, razı deyiləm”.

İmam buyurur: “Öz nəfsinin hesabını çəkirsənmi ki, vəziyyətini dəyişəsən? Razı olmadığın bu vəziyyətdən çıxasa?. Razı olduğuna daxil olasan?”.

Həsən başını aşağı salır və sonra deyir: “Mən onu indiki vəziyyətin əksinə dedim”.

İmam buyurur: “Deməli, Həzrət Muhəmməddən (s) sonra peyğəmbərin gələcəyini gözləyirsən?”.

Deyir: “Xeyr, belə bir gözləntim yoxdur”.

Buyurur: “Deməli bu dünyadan qeyrisinə daxil olub, orada vəzifələrinə əməl etməyi gözləyirsən?”.

Deyir: “Xeyr, əməl etmək üçün bu dünyadan qeyrisini tanımıram”.

Buyurur: “Elə bir insanı tanıyırsanmı ki, bir zərrə ağlı olsun və eyni zamanda bu dünyada özündən razı olsun? Sən deyirsən ki, Muhəmməddən (s) savayı peyğəmbərə ümid bəsləmirsən və əməl üçün bu dünyadan savayı dünyanı tanımırsan, malik olduğun bu haldan razı deyilsən, bəs niyə özünü nəsihət etmək yerinə, insanları nəsihət edirsən?”.

İmam (ə) bu sözləri deyib gedir. İnsanlar soruşur ki, bu ağa kim idi?

O, deyir: “O, Əli ibni Hüseyndir (ə). O, elm və bilik ailəsindəndir”.

O zamandan sonra Həsən Bəsri bir daha moizə demir.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930