Bəndəlik, ancaq Allah qarşısında rəvadır
Müəllif: Admin
Tarix: 13-02-2018, 10:35
Bəndəlik, ancaq Allah qarşısında rəvadır
“(Pərvərdigara!) Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik”.(“Fatihə” 5).

İnsan gərək əqli bürhan əsasında Allah bəndəliyini qəbul etsin. Biz insanlar kamala çatmağa aşıqıq. Ona görə də tərbiyə olmağa və inkişaf etməyə ehtiyacımız vardır. Allah bütün kamal sifətlərin mənbəyidir və bütün varlıq aləminin Rəbbidir.

Əgər mehr və məhəbbətə ehtiyacımız vardırsa, O, mehriban və rəhimdir.

Əgər uzaq gələcəkdən nigaranıqsa, O, ixtiyar sahibi və Qiyamət gününün malikidir.

Bəs niyə başqalarının sorağına gedirik? Ağlımız bizə hökm edir ki, ancaq Ona pərəstiş edək və Ondan yardım istəyək, nəinki özümüz kimi ehtiyac içində olan bəndələrdən.

İnsan sanki namazda bütün namaz qılanların nümayəndəsi kimi deyər: “Allahım! Biz hamımız Sənin bəndənik və hamımız Sənin lütfünə möhtacıq. Allahım! Bizim Səndən başqa kimsəmiz yoxdur. Ancaq Sənin bizdən savayı bəndələrin çoxdur. Yerdə və göydə olanların hamısı Sənin bəndəndir və Rəhman olan Allaha itaət edirlər”.

“Göylərdə və yerdə olanların hamısı (qeyri-ixtiyari şəkildə) istisnasız, Rəhman olan Allahın qarşısında bəndə(lik əlaməti)olaraq baş əyərlər”. (“Məryəm” 93).

Yuxarıdakı ayədən çıxartdığımız nəticələr:

1. İlk olaraq Allaha bəndəlik etmək lazımdır, ondan sonra hacət istəmək lazımdır.

2. Bəndəlik, ancaq Allah qarşısında rəvadır, başqası qarşısında deyil.

3. Baxmayarq ki, ibadət bizdəndir, ancaq hətta ibadət etməkdə belə, Ondan yardıma ehtiyacımız vardır.

4. Allahı və Onun sifətlərini tanımaq – tövhidin müqəddiməsidir.

5. Duanın və pərəstişin ədəbindəndir ki, insan özünü şərh etməz, özünü Allah hüzurunda hiss edər.

6. Məada diqqət etmək – ibadətin meyarlarından biridir.

Oxşar xəbərlər
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031