Allaha sitayiş başlanğıc nöqtədir
Mьəllif: admin1
Tarix: 21-09-2015, 22:01
Allaha sitayiş başlanğıc nöqtədir

Bu şərafətli dua Allaha həmd-səna ilə başlayır: "Allahım, sənə həmd ilə sitayişə başlayıram.
Bu səs-küylü dünyada Allahı düşünmək yolunda bir çox maniələr vardır. İnsanın yeganə səadət yolu Allaha bəndəlik və ona itaətdir. Başqa işlər bu həqiqətin müqəddiməsi hökmündədir. Lakin çox təəssüf olunur ki, xalqın əksəriyyəti bu həqiqətdən xəbərsizdir; hər şeyi düşünürlər, insanın həqiqi səadətini və təkamülünü təmin edən Allahı isə yox!
Ramazan çatdıqda Allahı düşünməyin maneələri azalır, dua və ibadət üçün münasib şərait yaranır. Bu dua və ibadət baharında aşiqlər öz Məbudunu yada salıb zümzümə edirlər. Bütün varlıqları ilə Onu çağırır və Onu istəyirlər. Bəs Allahın dua və ibadət şəraiti yaratdığı bu baharda biz necə dua edək? Dua üçün ən yaxşı başlanğıc Allaha sitayiş və Ona həmd-səna deməkdir: "Ey hər şey Səndən olan Allah; hər kimin hər nəyi varsa, Sən ona vermisən. Hər kim hər kamala çatmışsa, Sənin istəyinlə çatmışdır. Dua oxumaq üçün tövfiqi də Sən əta etməlisən. İlahi mənim əlimi tut və mənə dua üçün tövfiq mərhəmət et. Dünyada nə çox bəndələr var ki, Səni unutmuşlar! İlahi, əgər bizim əlimizi tutmasaydın, biz də qafillər zümrəsindən olardıq. Hər nə varsa Sənin tövfiqinin nəticəsidir; xeyir Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən.”
Demək, duanı əvvəlcə Allaha sitayiş və həmd ilə başlamalıyıq. Bizə Allaha diqqət tövfiqi əta edən Odur.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930