Zikrin arxasında fikir durur, fikrin arxasında zikr
Mьəllif: admin1
Tarix: 25-01-2022, 10:34
Zikrin arxasında fikir durur, fikrin arxasında zikr
Zikr və fikir insan nəfsinin tərbiyəsində iki mühüm amildir. Fikir və zikr qəlbi nurlandırar və ağlı itiləyər.

Zikrin ən mühüm faydası budur ki, fikri fəal edər. Əslində zikr fikri qidalandırar.

Qurani-Kərim bu haqda buyurur: “Həqiqətən göylərin və yerin yaradılışında, gecə ilə gündüzün get-gəlində sağlam ağıl və fikir sahibləri üçün (Allahın qüdrət, elm və hikmətini göstərən) nişanələr vardır.

O kəslər ki, ayaq üstə, oturduqları halda və böyürləri üstə (yatdıqları halda) Allahı yadlarına salır, göylərin və yerin yaradılışı(nın sirləri) barəsində fikirləşir (və qəlbləri və ya həm qəlb, həm də dilləri ilə deyir)lər:

«Ey Rəbbimiz, bunu (bu əzəmətli aləmi) boş yerə yaratmamısan! Sən (faydasız və puç işlərdən) pak (və uzaq)san (və bütün bunlar mütləq ali məqsəd, yəni ağıl sahibləri üçün vəzifələr müəyyənləşdirmək və dünyada savab və əzaba layiq olmaq və onların axirətdə gerçəkləşməsi üçündür). Odur ki, bizi odun əzabından qoru»”. (“Ali-İmran” 190-191).

Bu ayədən də göründüyü kimi, bu, zikrdir ki, fikri ibadətə və münacata vadar edər. İnsanın zikri hər nə qədər çox olarsa, təfəkkürü də güclənər. Bu zikrdir ki, fikri ən yüksək səviyyəyə qaldırar. Ona görə də zikri, fikrin günəşi qərar vermək lazımdır.

Quranda buyurulur: “Buna görə də əgər (Allahın bu cari qanununu) bilmirsinizsə, zikr əhlindən (təhrif olunmamış Tövratın, İncilin və digər səma kitablarının alimlərindən) soruşun”. (“Ənbiya” 7).

İmam Əli (ə) buyurur: “Allah Təala üçün hər bir zamanda elə bəndələri vardır ki, fikirlərində onlara sirr deyər və ağıl zatları ilə onlarla söhbət edər”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930