Aqibətin xeyirli olmasına səbəb olan amil
Mьəllif: admin1
Tarix: 15-06-2022, 12:24
Aqibətin xeyirli olmasına səbəb olan amil
İnsan həyatının ən mühüm sütunlarından biri dindir. Bəziləri onu qəbul edir və isbat etməyə çalışır. Bəziləri isə qəbul etmir və rədd edirlər. Bəzi insanlar isə dindən çıxartdıqları yanlış nəticələ görə bütün düşüncəsiz hərəkətlərə hazırdırlar.

İnsanın başqa varlıqlardan üstün olmasına səbəb olan amil – təfəkkür etməsidir. Təfəkkür edərək insan digər varlıqları da öz təsiri altına salar. Günü-gündən inkişaf edər.

Təfəkkür qüdrəti insanı müsbət tərəflərə də apara bilir, mənfi tərəflərə də. Belə ki, insan təfəkkür edərək başqalarının malına tamah göstərə biliir.

Bəzilərinin qanını tökür. Harada görülüb ki, bir heyvan gileylənən zaman başqa heyvanlar ordu çəkib ona hücum etsinlər?! Bu xüsusiyyət ancaq insana aiddir.

Allahın insana verdiyi nemətlər içərisində ən dəyərlisi təfəkkürdür. Əgər düzgün yola hidayət olarsa, aqibəin xeyirli olmasına və səadətə səbəb olar.

Allah Təala da insana təfəkkür etməyi həmişə tövsiyə edir və ona xüsusi əhəmiyyət verir. İslam dinində üsulid-din mövzularında təqlid etmək caiz hesab edilmir.

Hər kəsin vəzifəsi budur ki, özü axtarış edərək üsulid-dini özü üçün isbat etsin. Üsulid-dini qəbul etdikdən sonra isə insan firuid-din mövzusunda da seçim edə bilər. Ya özü axtarış edib hər şey üçün hökm çıxartmalıdır, ya da ehtiyat edib təqlid etməlidir.

Təfəkkür qüvvəsindən düzgün yolda istifadə olunmalıdır. Tarixə nəzər salan zaman çox sayda alimləri görmək olur ki, bu İlahi nemətdən bəşərin əleyhinə istifadə etmiş və insanları yolundan azdırmışdılar. Halbuki, bu İlahi nemətdən Məbudu tanımaq və daha çox mərifət əldə etmək yolunda istifadə olunmalıdır.

Quranda aqil insan o kəsə deyilir ki, təfəkkür əhli olmaqla yanaşı, İlahi ayələr haqqında da düşünür və başqaları üçün çıraq olur. Başqalarına düz yolu göstərməkdə nurlu çırağa bənzəyir.

“O kəslər ki, ayaq üstə, oturduqları halda və böyürləri üstə (yatdıqları halda)Allahı yadlarına salır, göylərin və yerin yaradılışı(nın sirləri) barəsində fikirləşir (və qəlbləri və ya həm qəlb, həm də dilləri ilə deyir)lər: «Ey Rəbbimiz, bunu (bu əzəmətli aləmi) boş yerə yaratmamısan! Sən (faydasız və puç işlərdən) pak (və uzaq)san (və bütün bunlar mütləq ali məqsəd, yəni ağıl sahibləri üçün vəzifələr müəyyənləşdirmək və dünyada savab və əzaba layiq olmaq və onların axirətdə gerçəkləşməsi üçündür). Odur ki, bizi odun əzabından qoru»”. (“Ali-İmran” 191).

Bu ayə təfəkkür ayəsi ilə məşhur olan ayələrdən biridir. Bu ayə bəsirət əhli üçün kifayətdir ki, öz yollarını tapa bilsinlər. Aqil insanlar hər bir halda təfəkkür əhlidirlər.

Allahın sonsuz sirləri haqqında təfəkkür edərlər. Hara baxırlarsa-baxsınlar, Allahın nişanələrini görməyə çalışırlar. O kəs ki, təfəkkür əhli olar, yeni həyat əldə edər.

Allah bu insanı hidayət edəcəyinə zəmanət verər. Bəzi abidlər dua və münacat əhli olsalar da, təfəkkür əhli deyildirlər. Ona görə də uzun illər səcdəyə baş qoymaqlarına baxmayaraq, aqibətləri xeyirli olmamışdır. Hətta İmama (ə) qarşı çıxmış və vuruşmuşdular.

Əgər bu gün Ərəbistana səfər etsək, görərik ki, həm Məscdül-Haramda və həm Məscidul-Nəbidə (s) təkfirçilər Quran qiraəti və namaz qılmaqla məşğuldurlar. Ancaq bütün bunlar dinin zahiri qabığından başqa bir şey deyildir.

İmanla bir yerdə olan təfəkkür, dua və münacat – hamısı bir yerdə səbəb olar ki, insanın ürəyi nurlansın və dili hikmətlə söz danışsın.

Allahım, yardım et ki, düz yolda irəliləyək! Həyat nişanələrini düzgün görə bilək! İstər gözümüzlə olsun, istərsə də ürəyimizlə!


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930