Məmurun Həzrət Zeynəbə (s.ə) ehtiramı, onun üçün hansı nəticəni verdi?
Mьəllif: admin1
Tarix: 29-11-2022, 11:23
Məmurun Həzrət Zeynəbə (s.ə) ehtiramı, onun üçün hansı nəticəni verdi?
Əhli-Beyt (ə) davamçılarından olan qoca bir qadın Həzrət Zeynəbi (s.ə) ziyarət etmək qəsdi ilə ölkəsindən çıxır. Şam gömrükünə çatanda ona çoxlu əziyyət verirlər və deyirlər ki, Şama nə üçün gəlmisən? Get, pulunu başqa yerdə xərclə.

Qoca qadın da bu sözlərdən narahat olur və deyir ki, sizdən Xanıma (s.ə) şikayət edəcəyəm. Gömrükçü də deyir: “Get kimə istəyirsən şikayət et, mən heç kəsdən qorxmuram”.

Qoca qadın özünü Xanımın (s.ə) müqəddəs hərəminə çatdırır, Xanımı (s.ə) ziyarət edəndən və göz yaşı tökəndən sonra sınıq qəlblə deyir: “Ey bibi! Səni Hüseynin (ə) canına and verirəm, mənim intiqamımı o gömrükçüdən al!”.

Qadın hər dəfə hərəmə gələndə, öz istəyini təkrar edirdi. Bir gecə yuxuda Xanımı (s.ə) görür ki, ona səslənir və qoca qadın soruşur ki, sən kimsən?

Həzrət Zeynəb (s.ə) buyurur: “Əli ibn Əbitalibin (ə) qızıyam. Bu kişidən şikayət edirsən?”. Qadın deyir: “Bəli, bibican! O, mənim sizə dostluğuma görə mənə çoxlu əziyyət verdi və mən də istəyirəm ki, intiqamımı ondan alasınız”.

Xanım (s.ə) buyurdu: “Mənə xatir onun günahından keç”. Qadın dedi: “Onun xatasından keçmirəm”.

Xanım (s.ə) üç dəfə öz xahişini təkrar etdi. Ancaq hər dəfə də qadın sözündən dönmürdü. Sabahısı günü qadın yenə də hərəmdə öz istəyini təkrar edir.

Gecə yenə Xanımı (s.ə) yuxuda görür və Xanım (s.ə) ona deyir: “Gömrükçünün xatasından keç”. Ancaq qadın yenə qəbul etmir.

Bu zaman Həzrət Zeynəb (s.ə) buyurdu: “Onu mənə bağışla. O, xeyir iş görmüşdür və mən də istəyirəm ki, əvəzini verəm”. Qadın təəccüblə soruşdu: “Ey mənim Mövlamın (ə) qızı! Bu gömrükçü heç Əhli-Beyt (ə) davamçısı da deyildir. Məgər hansı işi görmüşdür ki, Sizin yanınızda bu qədər sevimli olmuşdur?”.

Xanım (s.ə) buyurdu: “O, əhli-təsənnündür. Bir neçə ay bundan qabaq buradan keçirdi. Bağdada tərəf gedirdi. Yolda gözü mənim hərəmimin günbəzinə dəydi və uzaqdan mənə ehtiramını bildirdi.

Ona görə də onun mənim üzərimdə onun haqqı vardır. Sən gərək onu bağışlayasan. Mən zamin oluram ki, sənin bu işini Qiyamət günü həll edəcəyəm”.

Qadın yuxudan ayırlır və şükür səcdəsi yerinə yetirir. Sonra öz şəhərinə geri qayıdır. Yolda gömrükçü qadını görür və soruşur: “Mənim şikayətimi bibiyə elədin?”.

Qadın deyir: “Bəli, ancaq bibi ona etdiyin ehtirama görə səni bağışladı”. Sonra baş verənləri ona danışdı. Gömrükçü dedi: “Mən Osmani qəbiləsindənəm və indi mən Əhli-beyt (ə) davamçısı oldum!”.

Allah Təala bizləri Xanım Zeynəbin (s.ə) şəfaətindən binəsib etməsin!
/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930