Ustad Qəraəti: “Bu, Xanımın (s.ə) kəraməti idi”
Mьəllif: admin1
Tarix: 28-11-2022, 22:51
Ustad Qəraəti: “Bu, Xanımın (s.ə) kəraməti idi”
Ustad Qəraəti nəql edir: “Suriyaya səfər edən zaman xütbələrə və məclislərin çox olmasına görə Xanım Zeynəbin (s.ə) hərəminə gedə bilməmişdim. Bu məsələ məni narahat edirdi.

Eşitmişdim ki, bir kor mərsiyə deyən hərəmdə rövzə oxuyur. Çox yaxşı əzadarlıq edir. Çox zaman da Həzrət Zeynəbə (s.ə) xitab edən mərsiyələr deyir.

Səfərimin axır saatında hərəmə getdim. Zərihin aşağısında əyləşdim və qərara aldım ki, ancaq özüm tək halda rövzə oxuyacağam.

Bu zaman gördüm ki, bir nəfər mənim yanımda əyləşdi. Rövzə oxumağa başladı. O, rövzəni məndən yaxşı oxuyurdu və davamlı deyirdi: “Bibican!”.

Başa düşdüm ki, bu seyyid – rövzə oxuyandır.

Səfərimin son saatlarında yaxşı təvəssül edə bildim və bütün bunlar Xanımın (s.ə) kəramətindən idi”.

Ustadın Xanıma (s.ə) olan ehtiramı və agahlığı səbəb idi ki, Xanımın (s.ə) kəramətini dərk etsin…




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930