Həzrət Məhəmməd (s): “Sədəqə Allahın qəzəbini yatırar”
Mьəllif: admin1
Tarix: 13-01-2022, 21:51
Həzrət Məhəmməd (s): “Sədəqə Allahın qəzəbini yatırar”
“Onların mallarından sədəqə çıx ki, bunun vasitəsilə onları pak və təmiz edəsən. Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir sakitlikdir. Allah eşidən və biləndir.” [1]

Həzrət Məhəmməd (s) peyğəmbərimiz sədəqə verməyin fəzilətləri haqda buyurub:

“Qiyamətin torpağı (bütövlüklə) atəşdir, möminin kölgəsindən başqa. Çünki verdiyi sədəqə onun üzərinə kölgə salar.”[2]

“Qiyamət günü insanlar arasında məhkəmə başlayanadək, hər kəs öz sədəqəsinin kölgəsindədir.”
[3]

“Sədəqə Allahın qəzəbini yatırar.” [4]

İmam Əli (ə) buyurub: “Sədəqə cəhənnəm odunun qarşısında bir sipərdir.”[5]

Allah Qurani-Kərimdə buyurur:

“Məgər bilməmişlər ki, bəndələrindən tövbəni və sədəqələri qəbul edən yalnız Allahdır. Allah tövbələri qəbul edən və rəhimlidir.” [6]

İmam Sadiq (ə): “Allah-taala buyurur: Yalnız sədəqdən başqa elə bir şey yoxdur ki, onu götürməyə bir nəfəri məmur etməyim. Sədəqəni dərhal öz əlimlə qəbul edərəm.”[7]



Sədəqə bəlanın qarşısını almaq barədə Həzrət Peyğəmbərimiz (s) buyurub:

“Sədəqə yetmiş növ bəlanın qarşısını alar, onların ən sadəsi cüzam və dəri xəstəliyidir.” [8]

“Sədəqə şərrin yetmiş qapısını bağlayar.” [9]

“Sədəqə pis və dəhşətli ölümün qarşısını alar.”[10]

“Sədəqə verin və öz xəstələrinizi sədəqə ilə müalicə edin. Çünki sədəqə xoşagəlməz hadisələrdən və xəstəliklərdən qoruyar, ömrü və savabları artırar.” [11]

Əmirəl-möminin həzrət imam Əli (ə) buyurub: “Sədəqə faydalı dərmandır.” [12]


[1] Tövbə, ayə 103

[2] əl-Kafi, c.4, səh.3, hədis6

[3] Kənzul-Ummal, hədis 16068

[4] Kənzul-Ummal , hədis 16114

[5] Vəsailuş-Şiə, c.6, səh. 258 , hədis17

[6] Tövbə, ayə 104

[7] Biharul-Ənvar, c.96, səh. 134, hədis68

[8] Kənzul-Ummal, hədis 15982

[9] Birahul-Ənvar, c.96, səh. 132, hədis24

[10] əl-Kafi, c.4, səh.2, hədis1

[11] Kənzul-Ummal, hədis 16113

[12] Nəhcül-Bəlağə, hikmət 7



www.ahliman.info
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930