Yoxsula verilən sədəqənin insan üçün etdiyi dua
Mьəllif: admin1
Tarix: 6-08-2016, 22:51
Yoxsula verilən sədəqənin insan üçün etdiyi dua
İnsan sədəqəni verdikdə malını təmizləmiş olur. Quranda buyurulur: “Onların mallarından sədəqə çıx ki, bunun vasitəsilə onları pak və təmiz edəsən. Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir sakitlikdir. Allah eşidən və biləndir.” (Tövbə, ayə 103)

Allahın Peyğəmbəri (s) buyurub: “Qiyamətin torpağı (bütövlüklə) atəşdir, möminin kölgəsindən başqa. Çünki verdiyi sədəqə onun üzərinə kölgə salar.”


Hədislərə görə Sədəqə Allahın qəzəbini yatırar, cəhənnəm odunun qarşısında bir sipər olar və dünyaya gələn bəlaların qarşısını alar.


İmam Sadiq(ə): Allah-taala buyurur: Yalnız sədəqdən başqa elə bir şey yoxdur ki, onu götürməyə bir nəfəri məmur etməyim. Sədəqəni dərhal öz əlimlə qəbul edərəm.”


Sədəqənin özü insane verəcəyi faydalar barədə vəd edib. Sədəqə verilən kimi insan üçün xeyir-dua edər

Rəsuli-Əkrəm (s) buyurur:

"Sədəqə öz sahibinin əlindən çıxan zaman (yəni kasiblara verilərkən) ona deyər: fani idim, mənə varlıq bağışladın, kiçik idim, məni böyütdün, düşmən idim, məni dost etdin, indiyə qədər sən məni qoruyurdun, indi isə qiyamətə qədər mən səni qoruyacağam.”

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930