Sədəqə verməyin dünya və axirət faydaları
Mьəllif: admin1
Tarix: 21-01-2021, 20:59
Sədəqə verməyin dünya və axirət faydaları
İnfaq və sədəqədən qaçmaq, insanlara yardım etməkdən imtina etmək, paxıllıq insanı həqiqətdə həlakətə tərəf sürükləyər. İnsanı İlahi lütf və rəhmətdən məhrum edər.

Allah Təala buyurur: “(Malınızı) Allah yolunda xərcləyin və (cihad yolunda xərcləməyi tərk etməklə və ya onu Allah yolundan başqa bir yerə sərf etməklə) özünüzü öz əlinizlə təhlükəyə atmayın. Yaxşılıq edin ki, şübhəsiz, Allah yaxşılıq edənləri sevir”. (“Bəqərə” 195).

“Ey iman gətirənlər, nə alış-verişin və nə də dostluq və şəfaətin olmayacağı gün gəlməmişdən qabaq sizə ruzi olaraq verdiklərimizdən (Allah yolunda) xərcləyin. Kafirlərdir zalımlar!” (“Bəqərə” 254).

Allah Təala ayələrinin bir çoxunda insanı sədəqə verməyə dəvət edir, çünki sədəqə vermək həm ehtiyacı olanlara yardımdır, həm də verən üçün bir çox faydalar gətirər. Həm bu dünyada və həm də axirətdə.

“Şübhəsiz ki, Allah (haqq yolunda) xərclədiyiniz hər bir malı və (Allah yolunda) öhdənizə götürdüyünüz hər bir əhdi bilir (və onu mükafatlandırır). (Ona xilaf çıxmaq zülmdür) və zalımlara əsla bir kömək edən olmaz”.
(“Bəqərə” 270).

“Qohumların, fəqirin (miskinin) və (pulu qurtarıb) yolda qalan kəsin haqqını ver. (Yaxın qohumlarının yaşayış xərcini, Peyğəmbərin yaxın qohumlarına (məsumlara) ənfal və xumsu, yoxsullara zəkatı, yolda qalan kəslərə zəkat və xumsu ver). Bu (cür xərcləmək) Allahın razılığını istəyənlər üçün daha yaxşıdır və səadətə qovuşanlar onlardır”. (“Rum” 38).

“Məgər onlar bilmirlərmi ki, bəndələrindən tövbəni Allah qəbul edir, sədəqələri (zahirdə Peyğəmbərin, yaxud haqq sahibinin almasına baxmayaraq) əslində Onun Özü götürür və Allah tövbələri çox qəbul edən və mehribandır?!”. (“Tövbə” 104).

“De: «Həqiqətən, mənim Rəbbim bəndələrindən istədiyinin ruzisini (ümumun mənafeyinə və kamil bir quruluşun tələbinə əsasən) bol edər və azaldar və (Allah yolunda) sərf etdiyiniz hər bir şeyin əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır»”. (“Səba” 39).

İmam Baqir (ə) Həzrət Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “Namazda Quran oxumaq, onu qeyri-namazda oxumaqdan daha üstündür. Allaha diqqət etmək sədəqədən daha yaxşıdır. Sədəqə müstəhəb orucdan daha yaxşıdır. Oruc cəhənnəm odu qarşısında sipərdir”.

İmam Əli (ə) buyurur: “Behiştdə bir ağac vardır ki, onun yuxarı hissəsində dürr və gövhər çıxar. Onun aşağı hissəsindən isə kül rəngində at çıxar, İlahi Övliyalar buna minər və behiştin hansı yerinə istəsələr, uçarlar. İlahi Övliya məqamından aşağıda olanlar Həzrət Haqqdan soruşalar ki, bu bəndələr nə ediblər ki, bu kəramətə çatıblar? Allah buyurur: “Gecəni ibadət üçün qalxarlar, yatmazdılar. Gündüz oruc tutardılar, yeməkdən imtina edərdilər. Düşmənlə vuruşardılar, qorxmazdılar. Mal və sərvətlərindən sədəqə verərdilər. Simiclik etməzdilər””.

Həzrət Peyğəmbər (s) buyurur: “Agah olun ki, hər kim sədəqə versə, onun üçün behişt nemətlərindən hər dirhəm qarşılığında Ühüd dağı qədər nemət veriləcəkdir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü insanlar arasında məhkəmə başlayanadək, hər kəs öz sədəqəsinin kölgəsindədir”.

Həzrət Peyğəmbər (s) başqa yerdə buyurur: “Sədəqə yetmiş növ bəlanın qarşısını alar, onların ən sadəsi cüzam və dəri xəstəliyidir”.

Həzrət Həzrət başqa yerdə buyurur: “Sədəqə şərin yetmiş qapısını bağlayar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Sədəqə pis və dəhşətli ölümün qarşısını alar”.

Həzrət (s) başqa yerdə buyurur: “Sədəqə verin və öz xəstəliklərinizi sədəqə ilə müalicə edin. Çünki sədəqə xoşagəlməz hadisələrdən və xəstəliklərdən qoruyar, ömrü və savabları artırar”.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031