Tövbə namazı necə qılınır?
Müəllif: Admin
Tarix: 26-09-2018, 10:17
Tövbə namazı necə qılınır?
Allah-taalanın mərhəmətindən naümid olmaq dinimizdə qətiyyətlə pislənən xüsusiyyətlərdəndir. Dini təlimlərə əsasən ibadəti hər kəsə vacib olan Allahın lütfündən məyus olmaq Pərvərdigara nisbətdə itaətsizlikdən daha böyük günah sayılır.

Buna görə günahkar insanların Rəbbin dərgahından uzaq düşməməsi və şeytanın vəsvəsələrinə daha artıq uymaması üçün müqəddəs dinimiz tövbə qapısını qoymuşdur. Təbii ki, pis əməlindən peşman olmuş bəndə bir daha qəbahətini təkrar etməzsə, bu, əsil tövbə sayılacaqdır.

Lakin bu dönüşün özündə də Peyğəmbərimiz (s) və imamlarımız (ə) müsəlmanlara müəyyən yollar göstərmişlər ki, öz növbəsində tövbənin gözəlləşmə və kamilləşməsinə xidmət göstərir.

O cümlədən, rəvayətdə qeyd olunub ki, peyğəmbərimiz həzrət Məhəmməd (s) Zil-qədə ayının ikinci bazar günündə insanlara üz tutub soruşdu: “Ey camaat! Sizlərdən kim tövbə etmək istəyir?”

Dedilər: “Hamımız tövbə etmək istəyirik.”

Peyğəmbər (s) buyurdu: Qüsl edin, dəstəmaz alın, dörd rükət namaz qılın (tövbə niyyəti ilə iki rükətli iki namaz).

Hər rükətdə bir dəfə “Həmd” surəsi, üç dəfə “İxlas” (Qul huvəllah…), bir dəfə “Fələq” (Qul əuzu bi Rəbbilfələq…) və bir dəfə də “Nas” (Qul əuzu bi Rəbbin-nas…) surəsini oxuyun.

Namazdan sonra 70 dəfə istiğfar edib (Əstəğfirullahə rəbbi və ətubu iləyh – deyib) bir dəfə “La həvlə və la quvvətə illa billahil-Əliyyil-Əzim” dedikdən sonra bu duanı oxuyun: “Ya Əzizu, ya Ğəffar! İğfir li zunubi və zunubə cəmiil-mumininə vəl-muminat. Fə innəhu la yəğfiruz-zunubə illa Ənt.”

Tərcüməsi: “Ey izzətli, ey günahlardan keçən Allah! Mənim və bütün möminlərin günahlarını bağışla! Həqiqətən, Səndən başqa, günahları bağışlayan kimsə yoxdur!”



www.ahliman.info
Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31