Hansı şey daha azdır? Hansı daha çox? Hansı qorxuludur? Hansı xoşdur?...
Loğman oğlundan soruşur: “Oğlum! Hansı şey daha az şeydir? Hansı şey daha çoxdur? Hansı şey daha şirindir? Hansı şey daha xoşdur? Hansı şey daha seviləndir? Hansı şey daha qorxuludur? Hansı şey daha yaxındır? Hansı şey daha uzaqdır? (Oğlu cavab verə bilmir).
Loğman deyir: “Ən az şey – yəqindir. Ən çox şey – şəkdir. Ən şirin şey – Allah Təalanın insanlar arasında rəhmət mehidir ki, onun vasitəsilə bir-birini sevərlər. Ən xoş şey – Allahın bəndələrini bağışlaması və insanların bir-birini bağışlamasıdır. Ən sevilən şey – sənin dostundur. Ən qorxulu şey – ölən cəsəddir ki, ondan qorxulu başqa şey yoxdur. Ən yaxın şey – axirətin dünyaya nisbətidir. Ən uzaq şey – dünyanın axirətə nisbətidir”. Allah Təala bizləri yəqin əhlindən qərar versin, inşəallah. /Deyerler.org/ Oxşar xəbərlər
|