Mömin şəxsin imtahan edilməsi hansı miqdardadır?
Mьəllif: admin1
Tarix: 15-11-2017, 13:40
Mömin şəxsin imtahan edilməsi hansı miqdardadır?
Mömin şəxslər də digərləri kimi bu həyatda olarkən ilahi imtahan qarşısında durur. Rəbbi onu da digərləri kimi bərkdən-boşdan çıxarır. Mömin şəxs adətən nələrlə imtahan edilir və onun imtahan edilməsi məhduddurmu?

Üsuli Kafi əsərində (cild-2 səh-259) ilahi imtahanın dərəcələri haqla maraqlı bir hədis var.

İmam Sadiq (s) buyurur:

“Ən çətin imtahan baxımından peyğəmbərlər birinci yerdədirlər. Daha sonra onların canişinləri, daha sonra bir rütbə aşağıda olan yaxşılar və beləcə davam edir. Mpmin bir şəxs də belədir ki, yaxşı işləri miqdarında imtahana çəkilir. Dini əməli doğru olan birinin imtahanı daha çətin olar...”

İmam Baqirdən (ə) gələn bir hədisdə (Üsuli-Kafi 2,253) belə buyurulur:

“Mömin bu dünyada yalnız öz dini miqdarında olan imtahanla yoxlanılar”
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930