Birinci pilləni peyğəmbərlər (ə) düzəldir. İkincisini...
Mьəllif: admin1
Tarix: 26-11-2017, 14:05
Birinci pilləni peyğəmbərlər (ə) düzəldir. İkincisini...
Hikmət Quran və hədislərin nəzərinə görə üç hissəyə bölünür: elmi hikmət, əməli hikmət, həqiqi hikmət.
Bu növlərin hər biri pilləkənin pillələri kimidir ki, insan onlardan bəhrələnərək, insanlığın kamalına çata bilir. Bu pilləkənin ilk pilləsini İlahi peyğəmbərlər (ə) Allahın göstərişi ilə düzəltmişdilər.

İkinci pilləni insan özü düzəltməlidir ki, sonrakı nəhayi pillə olan həqiqi hikmət pilləsinə çata bilsin.

Hikmətin bu üç növü ilə qısa da olsa, tanış olaq:

1. Elmi hikmət. Elmi hikmət deyildikdə, kamil insan olmaq üçün ona lazım olan bütün mərifət və biliklərə yiyələnməsi nəzərdə tutulur. Həm əqaidə aid olan elm hikmətdir, həm əxlaqa aid olan elm hikmətdir, həm də əmələ aid olan elm hikmətdir. Ona görə də Quran bütün əxlaqi, əqaidi və əməli elmlərin hamısını hikmət adlandırır. “Bu (iyirmi neçə vacib və haram xislət), Rəbbinin sənə vəhy etdiyi bəzi hikmətlərdəndir (şəriət hökmləri və əqli qanunlardandır)”. (“İsra” 39).

2. Əməli hikmət. Əməli hikmət deyildikdə, insana kamala çatmasına yardım edən əməllər nəzərdə tutulur. Quran və hədislərin nəzərinə görə təkamülün müqəddiməsi olan elm və əməl hikmət adlandırılmışdır. İlk pillə elmdir, ikinci pillə əməldir. İnsanlarla mehriban olmaq, günahdan uzaq olmaq, hiylədən uzaq olmaq kimi əməllər bu hikmətin növlərindəndir.

3. Həqiqi hikmət. Həqiqi hikmət deyildikdə o bəsirət və nuranilik nəzərdə tutulur ki, insanı əməli hikmətə tərəf sövq edər. Həqiqətdə elmi hikmət insanı əməli hikmətə gətirib çıxardar. Əməli hikmət isə həqiqi hikmətin başlanğıcı olar.

Həqiqi hikmət dedikdə, elmin cövhəri nəzərdə tutulur. Həqiqi elmin ilk səmərəsi İlahi xof hissidir. Quran bu haqda buyurur: “Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar. Həqiqətən, Allah (hər bir işdə) yenilməz qüdrət sahibi və bağışlayandır”. (“Fatir” 28).

Hər kim həqiqi hikmət məqamına çatar, nəfsinə müqavimət qüvvəsi güclənər və nəticədə nəfsani istəklərə olan meyli zəifləyər. O yerə qədər ki, tamamilə aradan gedər. Bu zaman ağıl dirçələr və insanın rəhbərliyini əlinə alar. Bu insan nalayiq əməllərdən uzaq olar.

Nəticədə hikmət ismətə bərabər olar. İnsan ən ali elmi əldə edər və özünü, Allahı tanıyar.

Bütün Məsumlar (ə) həm elmi, həm əməli və həm də həqiqi hikməti əldə etmiş və kamil insanlığın zirvəsinə çatmışdılar.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930