Niyə İmam Hüseynə (ə) “Allahın qanı” deyirlər?
Mьəllif: admin1
Tarix: 11-10-2018, 23:38
Niyə İmam Hüseynə (ə) “Allahın qanı” deyirlər?
Əgər Aşura ziyarətinə nəzər salsaq, görərik ki, İmam Hüseyn (ə) Sarəllah və ibni Sarihi adlandırılır. Bunun səbəbi nədir?

Cavabında deyə bilərik ki, Allah Təbarəkə və Təala maddi deyildir və onun bədəni olmadığı üçün, qanı da ola bilməz. Bu ibarə sadəcə bir bənzətmədir.

Yəni, necə ki, qan insan bədəni üçün həyati əhəmiyyət daşıyır, onun həyatını və ölümünü müəyyən edir, İmam Əli (ə) və oğlu İmam Hüseyn (ə) də dinimiz üçün bu cür əhəmiyyətə malikdirlər. Əgər Əli (ə) olmasaydı, İslam olmazdı. Əgər Hüseyn (ə) olmasaydı, Əhli-Beyt (ə) məktəbi qalmazdı.

Ancaq İmam Hüseyn (ə) bu xüsusiyyətə malikdir. Atası Əli (ə) Sarəllah olsa da, ibni Sarihi deyildir. O zamana qədər ki, İmam Hüseynin (ə) eşqi qəlblərdə və adı dillərdədir, Allah unudulmaz və yada salınar.

İmam (ə) bütün hər şeyini Allah yolunda fəda etdi. Zamanın riyakarlarının xar və zəlil simasını aşkar etdi. Üzlərindəki çirkin niqabı çıxartdı və nəbəvi İslamını insanlara tanıtdı. Ona görə də onun adı unudulmayınca, Allah da unudulmayacaqdır və daima zillərdə zikr olunacaqdır.

İmam Hüseynin (ə) ziyarəti də elə ziyarətlərdəndir ki, bütün Əhli-Beyt (ə) ona dəvət etmişdir. Bəs bu ziyarətə nə üçün bu qədər təşviq edilir?

İmam Sadiqdən (ə) gələn hədis bu suala cavab verir. İmam (ə) buyurur: “Qiyamət günü Hüseyn ibni Əlinin (ə) zəvvarı üçün başqa insanlardan daha çox fəzilət və üstünlük vardır”.

Soruşurlar ki, bu fəzilət nədir?

Həzrət buyurur: “Hamıdan əvvəl, onlardan 40 il əvvəl behiştə daxil olacaqdır. Halbuki, (qalan) insanlar hesab verməkdə olacaqlar”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031