Səma, yer və günəş İmam Hüseyn (ə) üçün 40 gün ağladı
Mьəllif: admin1
Tarix: 4-08-2022, 10:02
Səma, yer və günəş İmam Hüseyn (ə) üçün 40 gün ağladı

Əbuzər Ğəffari Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “Yer, mömin ölən zaman 40 gün ağlayar”.

İmam Sadiq (ə) buyurur: “Səma İmam Hüseyn (ə) üçün 40 gün ağladı və bu göz yaşının əlaməti o idi ki, sübh açılan zaman səma qana bulaşmış olardı. Yer də 40 gün ağladı və günəş də 40 gün ağladı ki, əlaməti qara tufanlar və yerdə və göydə olan qırmızılıq idi”.

İmam Sadiq (ə) buyurur: “Mələklər 40 gün həmin Həzrətə göz yaşı tökdülər. Bəni-Haşimin qadınları xına yaxmadılar. Başlarına yağ yaxmadılar və gözlərinə sürmə çəkmədilər, o zamana qədər ki, Übeydullah ibni Ziyadın başını bizim üçün gətirdilər. Biz davamlı olaraq gözümüz yaşlıdır. Həzrət Hüseynin (ə) müsibətini unutmuruq”.

Ona görədir ki, Əhli-beyt (ə) davamçıları 40 gün şadlıq və sevincdən uzaq olurlar. Hətta Əhli-beyt (ə) davamçısı olmayanlarda da bu adətə rast gəlmək olur.

İmam Hüseyn (ə) qiyamı İslamı və Quranı ayaqda saxladı və dinimizi yenidən dirçəltdi. Dini düşmənlərin əlindən xilas etdi. Qoymadı ki, Həzrət Peyğəmbərin (s) zəhməti hədər getsin.

İmam Hüseyn (ə) öz qanı ilə tövhid ağacını suladı. Qoymadı ki, Bəni-Üməyyə məkr və çirkinliklərlə dini aradan aparsın. Malik olduğu hər şeyi Allah yolunda qurban verdi ki, din aradan getməsin və insanlar qəflətdən ayılsın. Əgər bu qiyam olmasaydı, dinimiz Əməvi “din”indən savayı bir şey olmazdı.

Əhli-beyt (ə) davamçıları tarix boyu məhərrəm-səfər əyyamında həmişə əza saxlamış və İmamın (ə) xatirəsini diri saxlamışdır. Ona görədir ki, İmam Həsən Əsgəri (ə) “Ərbəin” ziyarətini imanın əlamətlərindən hesab etmişdir.

“Ərbəin” ziyarətidir ki, xalis möminləri başqalarından ayırd edir. Əhli-beytin (ə) həqiqi dostlarını başqalarından ayırır. Həqiqi mömin o kəsdir ki, İmam Hüseynin (ə) unudulmasına imkan verməz. Həzrətin (ə) hədəfinin yerinə yetməsində səhlənkarlıq etməz.

İmam Hüseynin (ə) ilk zəvvarı olan Cabir ibni Abdullah belə bir hədis nəql edir ki, bütün Əhli-beyt (ə) davamçıları üçün çox əzizdir: “Hər kim hansı xalqı (insanı) sevər, onlarla məhşur olar. Hər kim həmin xalqın (insanın) əməlini sevər, onlarla şərik olar”.

Allah Təala bizləri İmam Hüseyn (ə) və Kərbəla şəhidləri ilə məhşur etsin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031