İmam Hüseynə (ə) deyilən “Sarəllah” ləqəbi “Allahın qanı” mənasındadırmı?
Mьəllif: admin1
Tarix: 2-09-2022, 10:20
İmam Hüseynə (ə) deyilən “Sarəllah” ləqəbi “Allahın qanı” mənasındadırmı?
Aşura ziyarətində oxuyuruq ki, İmam Hüseynə (ə) Sarəllah ləqəbi ilə salam verilir. Sarəllah sözünün mənası “Allahın qanı” deməkdir.

Yəni, Seyyidi-şühədanın (ə) qanı haqsız yerə tökülmüş və indiyə qədər bu qanın intiqamı alınmamışdır.

Allah Təala cisim deyildir və qanı yoxdur. İnsanın bədənində axan qana ərəblər dəm deyərlər. Ona görə də burada “sar” – “qan” mənasında deyildir, bəlkə qanın haqqını istəmək mənasındadır.

İnsan haqsız yerə öldürülərsə, onun varislərinin və qan qohumlarının haqqı vardır ki, qatildən intiqam alsınlar.

Məsum İmamların (ə) içərisindən Həzrət Əli (ə) ilə Seyyidi-Şühəda (ə) qılıncla qətl ediliblər. Onların qanı torpağa tökülmüşdür.

Ona görə də bu iki İmamın (ə) qanının haqqı alınmamışdır. Allah Təalanın Özü İmam Hüseynin (ə) qanının inqitamını alandır.

Baxmayaraq ki, Muxtar qiyam etdi və İmam Hüseyn (ə) qatillərini öldürdü, ancaq bu Məsum İmam (ə) şəhid olan zaman İslam məktəbinə böyük bir zərbə dəydi. Ona görə də ndiyə qədər haqq cəbhəsi batil cəbhədən öz haqqını ala bilməmişdir.

Bu ziyarətdə oxuyuruq: “«وَالْوِتْرَ الْمَوْتُورَ» (“vəl vitrəl-məvtur”). Vitr, yəni o kəs ki, ona zülm olunmuşdur və hələ də intiqamı alınmamışdır.

Biz Əhli-beyt (ə) davamçıları belə hesab edirik ki, İmam Hüseynin (ə) qanının intiqamını İmam Zaman ağa (ə.f) alacaqdır. İmam (ə.f) zühur edərək haqq dövləti yaradacaqdır və həm İmam Əlinin (ə) və həm də İmam Hüseynin (ə) qanının intiqamını alacaqdır.

Ona görə də Həzrət Məhdini (ə.f) Aşura qiyamının intiqamını alan kimi də tanıdırlar.

O günün intizarı ilə.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031