3 əməlin müqabilində alınan 3 nemət
Mьəllif: admin1
Tarix: 6-11-2023, 11:30
3 əməlin müqabilində alınan 3 nemət
İmam Sadiq (ə) buyurur: “Hər kim bu üç əməli yerinə yetirərsə, üç nemətdən məhrum olmaz:

1. Hər kim dua edər – onun yerinə yetməsindən bəhrələnər.

2. Hər kim şükür edər – neməti artar.

3. Hər kim təvəkkül edər – işləri sahmana düşər”.

Sonra Həzrət (ə) hər biri üçün bir Quran ayəsini söyləyir:

“Rəbbiniz buyurdu: «Məni çağırın ki, Mən də duanızı qəbul edim”. (“Qafir” 60).

“Və (yada salın) o zaman(ı) ki, Rəbbiniz (belə) elan etdi: «Əgər şükür etsəniz, sizə (olan nemətləri) mütləq artıraram və əgər kafir olsanız, ya naşükürlük etsəniz, Mənim əzabım, əlbəttə çox şiddətlidir»”. (“İbrahim” 7).

“Kim Allaha təvəkkül etsə, O, ona kifayət edər”. (“Təlaq” 3).

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930