Fərəc üçün dua edək ki, imamətə etiqadda sabitqədəmlərdən olaq
Mьəllif: admin1
Tarix: 24-02-2024, 10:46
Fərəc üçün dua edək ki, imamətə etiqadda sabitqədəmlərdən olaq
İmtahan olunmaq – qeyb zamanın hikmətlərindən biridir. Bu, elə bir imtahandır ki, Əhli-beyt (ə) davamçılarının bir çoxu onda müvəffəq ola bilmirlər.

İmam Kazım (ə) buyurur: "Bu əmrin sahibinin qeybi vardır ki, imamətə inananlar öz etiqadlarından dönərlər. Bu məsələ Allah tərəfindən olan imtahandan başqa bir şey deyildir ki, Öz xəlqini onunla imtahana çəkər”.

Bu, həmin imtahandır ki, yüzillər əvvəl İmam Sadiqi (ə) ağlatmışdı. O zaman ki, dostları xidmətinə gedirlər, Həzrətin (ə) nə üçün narahat olduğunun səbəbini soruşurlar.

O, buyurur: "Qaimin (ə.f) qeybi və möminlərin o zaman giriftar olması, qeybin uzun olmasına görə şübhənin yaranması və onların bir çoxunun dindən üz döndərməsi – şiddətli narahatlığımın və göz yaşımın səbəbidir”.

İmamın (ə.f) qeybdə olduğu bu zamanda dindarların çətin vəziyyətinə nəzər salanda, dua etmək lazımdır. Dua etməliyik ki, Allah etiqadımızı qorusun.

İmam Həsən Əsgəri (ə) buyurur: "Allaha and olsun ki, o, bu ümmətdən qaib olacaq və həlakətdən nicat tapmazlar o kəslərdən savayi ki, Allah onu imamətə etiqadına görə sabitqədəm edər. Fərəcinin tezləşməsi üçün dua etmək tofiqi verər”.

İslam dininin bir insana verdiyi dəyər dua ilədir. Allah Təala Peyğəmbərə (s) xitab edərək buyurur: "(Müşriklərə) de: «Əgər mənim Rəbbim (ümumi mərhəmətin və bəhanəyə yer qoymamaq üçün dəlil-sübutun tamamlanmasının tələbinə əsasən) sizi (tovhid və imana) dəvət etmək istəməsəydi, sizə əhəmiyyət verməzdi»”. ("Furqan” 77).

Yəni, əgər sizin dualarınız olmasaydı Allah sizə əhəmiyyət verməzdi.

Allah duanı tərk etmək haqqında buyurur: "Rəbbiniz buyurdu: «Məni çağırın ki, Mən də duanızı qəbul edim. (Dua etməyi özünə sığışdırmamaq ibadəti özünə sığışdırmamaq deməkdir və) əlbəttə, Mənə ibadət etməyi özünə sığışdırmayanlar tezliklə xar və xəcalətli şəkildə Cəhənnəmə daxil olacaqlar»”. ("Ğafir” 60).

İmam Baqir (ə) buyurur ki, bu ayədə adı çəkilən ibadət - həmin duadır. İmam Sadiq (ə) buyurur: "Dua et və demə ki, iş-işdən keçmişdir, Allah Təalanın yanında elə bir məqam vardır ki, ona ancaq istəməklə çatmaq olar. Elə bir qapı yoxdur ki, döyülsün və döyülənin üzünə açılması üçün ümid olmasın”.

İmam Sadiq (ə) buyurur: "Hər kimə üç şey əta olunsa, üç şeydən məhrum olmaz. Hər kim dua etmək tofiqini əldə edərsə, Allah duasını qəbul edər. Hər kim şükür etmək tofiqi əldə edərsə, ona çoxlu əta olunar. Hər kim Allaha təvəkkül edərsə, Allah işlərinə kifayət edər”.

Sonra buyurur: "Allah Təalanın kitabını tilavət etməmisiniz ki, buyurub: "Kim Allaha təvəkkül etsə, O ona kifayət edər”. "Əgər şükür etsəniz, sizə (olan nemətləri) mütləq artıraram””.

Duanin təsirləri.

Dua - insanı şeytani vəsvəsədən amanda saxlayar. Əmirəl-möminin (ə) buyurur: "Çoxlu dua et ki, şeytanın (hücumlarından) amanda qalasan”.

Ruzini artırar.

Dərdlərin dərmanı olar. İmam Sadiq (ə) buyurur: "Dua edin, çünki o, hər dərdin dərmanıdır”.

Müvəffəqiyyətə çatmaq amilidir. İmam Sadiq (ə) buyurur: "Çoxlu dua edin ki, o, hər rəhmətin açarı və hər ehtiyaclılığın müvəffəqiyyətidir”.

Bəlaları dəf edər. İmam Səccad (ə) buyurur: "Dua nazil olan və nazil olmayan bəlaları dəf edər”.

İlahi rəhməti cəlb etməyin ən yaxşı vasitəsi - möminlərin başqalarına görə etdikləri duadır. İmam Zaman ağa (ə.f) yer üzündə olan ən üstün mömindir. Ona görə hər dualarımızda onu unutmamaq layiqli olardı.

Bundan başqa, əgər əziz İmamızın (ə.f) bizə görə duası olmasaydı, müxtəlif düşmənlər - cinlərdən tutmuş insanlara qədər - möminlərə hücumlar edərdi. Ona görə də dünyada rahat yaşaya bilməzdilər.

Həzrət (ə.f) özü buyurmuşdur: "Həqiqətən biz sizə diqqətdə və sizi hifz etməkdə səhlənkarlıq etmirik. Sizi yada salmağı unutmuruq. Əgər belə olmasaydı, sizə bəla nazil olardı və ya düşmənlər kökünüzü kəsərdi”.

İmam (ə.f) başqa yerdə buyurur: "Fərəcin tezləşməsi üçün çoxlu dua edin, çünki o sizin fərəcinizdir”.

İmam Rza (ə) buyurur: "İmam elə bir dostdur ki, insan onunla ünisyyət qurar və mehriban atadır”.

İmam Sadiq (ə) buyurur: "O zaman ki, mömin, mömin qardaşına yardım etməklə məşğul olar, Allah Təala ona yardım etməklə məşğul olar”.

Beləliklə deyə bilərik ki, bu İlahi imtahandan kəsilməmək üçün gərək xaliscəsinə İmamızın zühuru üçün dua edək. Nəticədə dualarımız bizə də şamil olar və Allah bizə yardım edər.



(Deyerler.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930