Şükür edək ki, nemətlər artsın. Təşəkkür edək ki, təvazökarlardan olaq
Mьəllif: admin1
Tarix: 15-03-2023, 10:38
Şükür edək ki, nemətlər artsın. Təşəkkür edək ki, təvazökarlardan olaq


Hər bir varlıın inkişaf etmək və kamala çatmaq istedadları vardır. Əgər bu inkişaf üçün zəminə olmazsa, inkişaf dayanmış olar. Münasib olmayan torpaq, çirkli su, günəş nurunun olmaması bitkilərin inkişafına mane olan amillərdən ola bilər.

İnsan xilqətinin son hədəfi İlahi istedadların inkişaf etdirilməsi və kamala çatdırılmasıdır. Onun varlığında olan bu İlahu istedadlar tanınmalıdır. Bu istedadlara elmi, qüdrəti, əvf və bağışlanmanı misal göstərmək olar.

Necə ki, bitkinin inkişaf etməsi üçün günəşin torpaq və suyun əhəmiyyəti böyükdür, insan ruhunun inkişaf etməsi üçün elm, qüdrət kimi zəminələr zəruridir.

Allaha itaət etmək və vacibatları, müstəhəbləri yerinə yetirmək insan ruhunun inkişaf etməsi üçün zəminələrdir. İmam Əli (ə) “Kumeyl” duasında buyurur: “Allahım, mənim gücümü Öz yolunda qərar ver”.

Çünki Allaha xidmət etmək insanın gücünü fəal edər. Allah Təala Quranda şükür nemətini kamala çatmağın mühüm amili kimi tanıtmışdır.

Allaha şükür etmək ancaq dildə “Əlhəmdulilləh” deməklə kifayət etməz. İlahi nemətlərdən Allaha itaət yolunda düzgün istifadə etmək – həmin nemətin həqiqi şükürü olar.

Əgər insan gözündən, qulağından, hafizəsindən Allaha itaət yolunda istifadə edərsə, həm istedadları çiçəklənər və həm də kamala doğru inkişaf edər. Necə ki, yaxşı su ağacın yaxşı bar verməsinə səbəb olar.

“De: «Sizi yoxdan yaradan və sizə eşitmək qüvvəsi, gözlər və ürəklər verən Odur. Lakin siz az şükür edirsiniz!»”. (“Mulk” 23).

Namaz, oruc, günahı tərk etmək – bütün bunlar insanın inkişaf etməsinə səbəb olan amillərdir.

Həqiqi bəndəlik yolu – sirat yoludur. İnsan bu yolda istedadlarını çiçəkləndirə bilər. Lakin o zaman ki, bitkini sərt bir torpağa basdırarlar, onun inkişaf etməsinə mane olar. Yolunu azmaq da insanı bu cür inkişafdan saxlayar. Günah - insanın inkişaf etməsinə mane olan ən mühüm amildir.

“Və (yada salın) o zaman(ı) ki, Rəbbiniz (belə) elan etdi: «Əgər şükür etsəniz, sizə (olan nemətləri) mütləq artıraram və əgər kafir olsanız, ya naşükürlük etsəniz, Mənim əzabım, əlbəttə çox şiddətlidir»”. (“İbrahim” 7).

Nemətin artmasına və insanın kamala çatmasına yardım edən amil – həmin bəndəlik yoludur. İnsan əgər maddi imkanlardan düzgün istifadə etsə, xümsünü, zəkatını versə ona maddi cəhətdən bəla yetişməz. “Həqiqətən, onu (yaradılış və şəriət hidayəti ilə həyatı boyunca) düz yola yönəltdik – istər şükür edən olsun, istərsə də nankor”. (“İnsan” 3).

Şükür etməyin dünya və axirət bərəkətləri vardır. Dünya bərəkəti odur ki, insanın ruzisi artar, əxlaqi fəzilətlər əldə edər, çirkinliklərdən uzaq olar, nemətləri davamlı olar, müxtəlif bəlalardan amanda olar.

Axirət bərəkəti isə odur ki, İlahi mükafat əldə edər və axirət əzabından uzaq olar.

Şükrün ictimai faydaları da vardır. Əgər bütün insanlar əllərində olan neməti görsələr və ondan düzgün istifadə etsələr, ictimai problemləri aradan qaldıra bilərlər.

Cəmiyyət gərək nemətlərdən düzgün istifadə etməyi özünə adət etdirsin. Əgər insan nemətlərə İlahi bəxşiş kimi nəzər salsa, o zaman übudiyyət yolunda inkişaf edər.

İnsanın ruh və canında rahatlıqverici təsirlər qoyar. Ona görə də əgər insan özündə şükür ruhiyyəsini inkişaf etdirə bilərsə, insanlar bir-birinin xidmətinə görə təşəkkür etməyi öyrənər və bir-birinə xidmət etmək üçün tələsərlər.

O kəs ki, şükür etməyi bacarır - deməli öz ruhiyyəsində təvazökarlığı inkişaf etdirə bilmişdir. Ətrafında olan insanlara etdikləri xidmətə görə təşəkkür etməyi bacarar. İnsan məsuliyyətli və vəzifəsini yerinə yetirməyi bacaran bir şəxsiyyət kimi formalaşar.

/Deyerler/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031