Kəbə evinə təvəssül edən günahkara nə cavab verildi?
Mьəllif: admin1
Tarix: 17-08-2017, 20:15
Kəbə evinə təvəssül edən günahkara nə cavab verildi?
Ustad Ənsarian buyurur: “İmam Sadiq (ə) nəql edir: “Allah hərəmində İbrahim məqamının kənarında əyləşmişdim. Bütün ömrünü günahla keçirən bir qoca gəldi və mənə nəzər salıb dedi: “Günah əhli üçün Allah yanında yaxşı şəfaətçisən”.

Bu zaman Kəbənin pərdəsindən yapışdı və bu şeiri zümzümə etməyə başladı: “Ey Mehriban Allah! Altıncı İmamın (ə) cəddinin haqqına, Quranın haqqına, Əlinin (ə) haqqına, Həsən (ə) və Hüseynin (ə) haqqına, Zəhranın (s.ə) haqqına, İmamların (ə) haqqına, Məhdinin (ə.f) haqqına görə günahkar bəndənin xatalarından keç!”.

Eşidir ki, gizli səs deyir: “Ey qoca kişi! Baxmayaraq ki, günahların böyük idi, ancaq onların hamısını and verdiyin o kəslərin hörmətinə bağışladım. Əgər bütün Yer əhlinin günahkarlarını bağışlamağımı istəsəydin – bağışlayardım, məgər Salehin (ə) dəvəsini izləyəndən, peyğəmbərlərin (ə) və İmamların (ə) qatillərindən başqa”””.

Allah Təala bizləri hidayət olunmuşlardan qərar versin, inşəallah.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031