Allahın ən çox bəyəndiyi əməllər
Mьəllif: admin1
Tarix: 5-01-2022, 22:05
Allahın ən çox bəyəndiyi əməllər
Bütün peyğəmbərlər (ə) Allahın elçiləri olub, Onun əmr və göstərişlərini ən gözəl şəkildə yerinə yetirməyə səy göstərən məsum insanlar olmuşdular. Allah bəzən bütün peyğəmbərlərə (ə) xitab edir, bəzən də bəzilərinə.

Quran dili ilə desək, Allahın peyğəmbərlərə (ə) ən çox tövsiyə etdiyi əməllər bunlardır: əfv etmək, güzəşt etmək, yersiz intiqamdan çəkinmək, qəzəbi yatızdırmaq, başqalarına yaxşılıq etmək, infaq, sədəqə, yetimlərin, yoxsulların və zəiflərin haqqına riayət etmək, insanların arasını düzəltmək, sülhə və barışa, vəhdətə dəvət etmək, düz yolda hərəkət etmək, əmr-be-məruf və nəhy-əz-munkər etmək, ağıllı və bəsirətli insanlarla məsləhətləşmək, qonşu, dost və əlinin altında olanların haqqına riayət etmək, ədalətlə hökm çıxartmaq, qonaqlıq haqqına riayət etmək, xeyir və ehsan işlərə təşviq etmək, əsirlərin, qulların haqqına riayət etmək, zülm və təcavüzdən çəkinmək...

Qüdsi hədislərdə də peyğəmbərlərə (ə) verilən bəzi tövsiyələrə rast gəlirik ki, onlardan bir neçəsinə nəzər salaq:

1. Müti olmaq. Allah Təala Qüdsi hədisdə buyurur: “Ey Əhməd! Müti ol, günahdan çəkin və özünü fəsaddan qoru. Çünki mütilik – dinin başı, dinin ortası və dinin sonudur. Şübhəsiz ki, mütilik insanı Böyük Allaha yaxınlaşdırar”.

İmam Sadiq (ə) buyurur: “Təqvalı olun, günahdan çəkinin, danışanda doğru danışın, əmanəti əda edin, mədə və şəhvətinizi haramdan qoruyun”. Əgər insan həyatının bütün sahələrində Allahın mütisi olarsa, Allaha yaxınlaşar və günahdan çəkinər.

2. Möhtaca və yoxsula ehtiram göstərmək. Allah Təala Həzrət Musaya (ə) buyurur: “Yoxsulun arzusuna (istəyinə) - əgər malın olmasa – gözəl şəkildə rədd etməklə və ya az miqdarda mal verməklə ehtiram qoy və onu əziz tut”.

İmam Sadiq (ə) buyurur: “Mal – Allahın malıdır. Onu xəlq etdiklərinin yanında əmanət qoymuşdur və onlara əmr etmişdir ki, o maldan mötədil şəkildə, ifrat və təfrit etmədən yesinlər, içsinlər, geyinsinlər, evlənsinlər və miniyə minsinlər. Ona görə də o kəs ki, malı sərf edən zaman mötədil həddi aşarsa, o qədər ki, ondan yeyər və ona minər – haramdır”.

İmam Əli (ə) buyurur: “Ən pis mal – o maldır ki, ondan Allah yolunda infaq olunmaz və zəkatı ödənməz”.

3. Allaha yaxınlaşmaq mənbəyi. İmam Sadiq (ə) buyurur: Allah Təala Musaya (ə) vəhy edir: “Şübhəsiz ki, bəndəni Mənə üç şey kimi (heç bir şey) yaxın etməz”.

Musa (ə) soruşur ki, o üç şey nədir? Allah buyurur: “Zahidlik və dünyaya laqeydlik, günahdan çəkinmək, Mənim qorxumdan ağlamaq”.

Musa (ə) deyir: “Bəs o kəs ki, bu üç həqiqəti yerinə yetirir, (əcri nə olacaqdır)?”.

Allah buyurur: “Behiştdə hər bir işin hökumətini zahidlər üçün qərar verərəm. Bütün insanların əməllərini hesaba çəkərəm, ancaq günahdan çəkinənlərin əməl dəfərini təftiş etmərəm.

Ağlayanlar Əladadırlar, heç kəs bu məqamda onlara şərik olmaz”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930