Qeyrətli, səxavətli, xoşəxlaq, düz danışan, igid, təqvalı, Allahın haqqına riayət edən – aqibətin xeyirli olması sifətləri
Mьəllif: admin1
Tarix: 3-07-2016, 11:14
Qeyrətli, səxavətli, xoşəxlaq, düz danışan, igid, təqvalı, Allahın haqqına riayət edən – aqibətin xeyirli olması sifətləri
Axirətə inancı olan hər bir insan istəyir ki, aqibəti xeyirli olsun və o biri əbədi dünyası da abad olsun. Ona görə də bu dünyada axirət üçün səy göstərmək lazımdır ki, daha gözəl əbədi və cavidan həyata malik olaq. Bəs nə edək?
1. Allahın haqqına riayət edin. İmam Həsən Əsgəri (ə) nəql edir: “İmam Sadiq (ə) bir nəfərə yazır: “Əgər istəyirsənsə işlərin yaxşılıqla yerinə yetsin və həyatının sonu ölənə qədər xeyirli olsun, Allahın haqqına riayət et və Allahın nemətlərini günah yolunda xərcləmə. Allahın mülayimliyi ilə qürurlanma və bizim dostlarımıza, tərəfdarlarımıza yaxşılıq et. Lazım deyildir ki, biləsən o, düz deyir, yoxsa yalan – sən niyyətin üzrə əməl et və onu yalanı ilə burax””.
2. Həyatda gözəl sifətlərə yiyələnmək. İmam Baqir (ə) buyurur: “Peyğəmbərin (s) yanına bir neçə əsir gətirərlər. Peyğəmbər (s) əmr edir ki, onları öldürsünlər və onların arasından bir kişini buraxır. Həmin kişi deyir: “Ey Allahın Peyğəmbəri! Niyə məni onların arasından buraxdın?”. Buyurur: “Cəbrayil (ə) mənə Allah tərəfindən xəbər verdi ki, səndə beş sifət vardır ki, o sifətləri Allah və Peyğəmbəri (s) sevir. 1. Ailənə qarşı çox qeyrətlisən. 2. Səxavətlisən. 3. Xoşəxlaqsan. 4. Düz danışansan. 5. İgidsən”. Həmin kişi bu sözləri eşitdikdən sonra İslam dinini qəbul etdi və yaxşı müsəlman oldu. Peyğəmbərin (s) bayrağı altında vuruşub şəhid oldu”.
3. Təqvaya riayət etmək. İmam Əli (ə) buyurur: “Ey Allah bəndələri! Sizə İlahi təqvanı tövsiyə edirəm. Çünki bu, ən yaxşı tövsiyədir ki, Allah bəndələri bir-birinə edirlər. Allah dərgahında insan üçün ən üstün xeyirli aqibəti vardır”. Yəni, təqva insanın aqibətini xeyirli edər. O zaman ki, insan günahdan çəkinər və gecə ibadəti əhli olar və etdiyi ibadətlərin həqiqətini dərk edər bu zaman aqibətini xeyirli edər. (Tebyan)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930