Ən təqvalı, ən abid, ən zahid, ən çalışqan insan
Mьəllif: admin1
Tarix: 15-02-2021, 21:43
Ən təqvalı, ən abid, ən zahid, ən çalışqan insan
Bir zavodu təsəvvür edin ki, günəbaxan toxumlarından yağ istehsal edir. Sonra da bir neçə səmayədara onu satırlar. Bu zavodu yağ istehsal etmək üçün düzəldiblər.

Onun borularına günəbaxan toxumları tökülməlidir ki, ona uyğun yağ istehsal edə bilsin. Əgər ağılsız və ya nadan insan günəbaxan toxumu yerinə ora daş və ya çınqıl töksə, bu zavodun başına nələr gələcəyini siz təsəvvür edin.

Bədən də bir zavoddur ki, Həkim və Qadir Allah tərəfindən düzəldilmişdir. Ona görə də Allah ona nəyin faydalı və nəyin ziyan olduğunu yaxşı bilir.

Bilir ki, nələri yesə inkişaf edər, nələri yeməsə ziyanına olar. Bundan əlavə, yaxşı bilir ki, hansı qida onun ruhuna və cisminə müsbət və hansı qida mənfi təsirlər göstərir.

Ona görə də Allah insana ziyanlı olan şeyləri haram, xeyirli olanları halal buyurmuşdur. Məgər bu insafdandır ki, insan Mehriban Allahın əmrlərini yerinə yetirməsin və qısamüddətli bir ləzzət üçün bədəninə və ruhuna ziyan vursun?

Allah Təala bütün Bəni-Adəmə xitab edərək buyurur: “Adəm övladı! O şeyi ki, sənə haram etmişəm, ondan çəkin ki, ən təqvalı insan olasan”.

İmam Sadiqdən (ə) soruşurlar ki, ən təqvalı insan kimdir? Həzrət (ə) buyurur: “O kəs ki, Allahın haramlarından çəkinər”.

İmam Səccad (ə) buyurur: “Təqva və haramdan çəkinmək – Haqqa qarşı ibadət və bəndəlik nizamıdır.

O zaman ki, təqva və haramdan çəkinmək ruhu, insan həyatından qət olar – dəyanət və dindarlıq da qət olar. Necə ki, təsbihin ipi qırılar – dənələri bir-birindən ayrılar”.

İmam Sadiq (ə) buyurur: “İlahi təqvaya riayət edin. Sizə təqvanı, haramdan çəkinməyi, düz danışmağı, əmanəti əda etməyi, mədə paklığını tövsiyə edirəm ki, bizimlə ali məqamlarda qərar tutasınız”.

İmam Sadiq (ə) buyurur: “Sizə təqvanı və itaətkarlığı tövsiyə edirəm. Çünki ancaq itaətkarlıqla rizvana, rəhmətə və Allahın behiştinə çatmaq olar”.

İmam Sadiq (ə) buyurur: “Ən təqvalı insan o kəsdir ki, şübhəli məsələlərdə dayanar. Ən abid insan o kəsdir ki, vacibatı yerinə yetirər. Ən zahid insan o kəsdir ki, haramı tərk edər. Ən çalışqan insan o kəsdir ki, günahları tərk edər”.

Bu hədislərdən belə nəticəyə gəlmək olur ki, cisim və ruhun sağlamlığı, insanın kamala çatması, dünya və axirət savabına qovuşması – haramlardan və günahdan çəkinməyindədir.

İnsan əgər Allahın istək və təlimlərinə təslim olarsa, dərk edər ki, Allah Təala onun üçün xeyir və sağlamlıqdan başqa bir şey istəmir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031