İmam Əli (ə): “4 nöqtəyə riayət etsən, aqibətinin xeyirli olmasını təmin edərəm”
Mьəllif: admin1
Tarix: 26-03-2022, 21:23
İmam Əli (ə): “4 nöqtəyə riayət etsən, aqibətinin xeyirli olmasını təmin edərəm”
İnsanlara bir yaxşılıq edən zaman onlar əllərini qadlırıb bizim üçün dua edərlər: "Allah sənin aqibətini xeyirli etsin!”. Bəs aqibətin xeyirli olması nə deməkdir?

İmam Əli (ə) "Nəhcul-bəlağə”nin 69-cu xütbəsində buyurur: "4 nöqtəyə riayət etsən, aqibətinin xeyirli olmasını təmin edərəm”.

Qədimdə stəkan yox idi və suyu meşkdən içərdilər. Su içən zaman meşkin ağzını boşaldardılar ki, su birdən tökülməsin. Meşkin ağzını tutmağa ərəblər "kəzəm” deyərdilər.

Bəs İmam (ə) niyə bu sözü seçmişdir? İmam (ə) birinci bizlərə tövsiyə edir ki, nəfsimizin boğazını yaxşıca tutub saxlayaq ki, əlimizdən düşməsin.

Belə ki, meşkin ağzını əgər əlimizdən buraxsaq, su hədər olar. Nəfsi birdən boş buraxmaq da nalayiq rəftarlara səbəb olar. Ona görə də ilk olaraq nəfsimizin qarşısını almalıyıq.

İmamın (ə) ikinci tövsiyəsi budur ki, bağışlaya bildiyin halda intiqam alma. İndi ki, qüdrətin var, həddini aşma və intiqam alma. Çünki bağışlamada olan ləzzət, intiqamda yoxdur.

Məsələn əgər övladımız təcrübəsizliyindən hansısa bir səhvi edərsə, biz də hiss etsək ki, o, gördüyü bu işdən peşmandır, onu bağışlayaq. Əgər gəlsə və peşman olduğunu söyləsə, bağışlamağımız ona da, bizə də faydalı olar.

İmamın (ə) üçüncü tövsiyəsi buyur ki, qəzəb sənə hakim olan zaman, mülayim olmağa çalış. Aqil insan öz qəzəbini saxlaya bilən insandır. İmam (ə) belə buyurur: "Beyniniz körpələrin beyni kimidir. O kəsin ki, dini var, amma ağlı yoxdur, dinində xeyri olmaz”.

İmamın (ə) dördüncü tövsiyəsi budur ki, bütün varlığını kindən təmizlə. Çünki, kin - bütün gözəllikləri yandırıb külə çevirər. Qəlbin paslanmasına səbəb olar.

Bəli, İmamın (ə) bu dörd tövsiyəsinə riayət olunarsa, ona əməl edilərsə, insanın aqibəti xeyirli olar. Əgər diqqət etsək, görərik ki, daxilimizdə iki qüvvə vardır: biri xeyirdir, biri isə şər.

Bu iki qüvvə daima bir-biri ilə vuruşur və biri o birisinə qələbə çalmağa çalışır. Allah Təala bu iki qüvvə arasında seçim etmək üçün bizə iki hüccəti göndərmişdir ki, biri zahiridir, yəni peyğəmbərlər (ə).

O birisi isə daxili hüccətdir, yəni, ağıl. Ağıl - Allahın daxilimizdə olan nümayəndəsidir ki, bütün bədən üzvlərimizi öz təsiri altına salmağa çalışır.

Əgər insan peyğəmbərlərin (ə) buyurduqlarını ağlı ilə yerinə yetirərsə, bu zaman İlahi əmrlərdən heç bir zaman kənara çıxmaz. Onun üçün Allahın hökmündən qeyrisi olmaz.

Eyni zamanda daxilimizdə xəyal və vahimə qüvvəsi vardır ki, bu şər qüvvəyə yardım edər və insanı azdırmağa çalışar. Bu iki qüvvə - şeytanın ən güclü silahıdır.

Ağıl rəhmani qüvvə olduğu üçün bizi qəzəbdən, kindən, intiqamdan uzaq saxlamağa çalışır. Qəzəb və intiqam o zaman məna kəsb edər ki, Allah yolunda olar.

Beləliklə, deyə bilərik ki, pis işlərdən əl çəkmək heç də asan bir iş deyildir. Ancaq təmrin edərək, bu adətlərdən xilas olmaq olar. Ona görə də bu yolda səy edək və çalışaq ki, aqibətimiz xeyirli olsun.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031